Türkiyədə karxana çöküb Ölən var


Digərləri 06 Nov 2025 01:18:00 58 0

Türkiyədə karxana çöküb  Ölən var

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında çökmə baş verib. Hadisə zamanı torpaq altında qalan iki işçidən biri cansız halda çıxarılıb. Digər işçini tapmaq üçün axtarış-xilasetmə işləri davam edir.

Son.az xəbər verir ki, rayon valisi karxananın rayon mərkəzindən 7 kilometr uzaqda olduğunu qeyd edərək deyib:

"Gündəlik işlər çərçivəsində saat 12:00 radələrində partlayış aparılıb. Saat 16:30-dan sonra isə yuxarı səthdən torpaq kütləsinin sürüşməsi baş verib. Hal-hazırda torpaq altında bir yük maşını və bir iş maşını, həmçinin onların sürücüləri var."

Vali bildirib ki, digər işçi - yük maşını sürücüsünün tapılması üçün işlər davam etdirilir, lakin prosesi çətinləşdirən təhlükəli torpaq hərəkəti mövcuddur: