Tbilisidə azərbaycanlı gənclər döyüldü qadın saxlanıldı


Digərləri 05 Nov 2025 22:52:00 73 0

Tbilisidə azərbaycanlı gənclər döyüldü   qadın saxlanıldı

Tbilisidə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

İstintaqla müəyyən edilib ki, noyabrın 2-də gecə saatlarında Manana Giorqobiani Tbilisidəki supermarketlərdən birində çalışan 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. adlı işçiləri təhqir edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü C.Ç. adlı şəxslə əlaqə saxlayıb. Həmin şəxs bir neçə nəfərlə hadisə yerinə gəlib, onlar supermarketin iki əməkdaşını küçəyə çıxarıblar və fiziki zorakılığa məruz qoyublar.

Hüquq-mühafizə orqanları cinayət əməlinin altı iştirakçını müəyyən ediblər. Cinayətdə əli olan digər şəxslərin yerlərinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.