Azərbaycanda iş adamı


Digərləri 05 Nov 2025 21:42:00 63 0

Azərbaycanda iş adamı

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza Hotel Spa" mehmanxanasının müdiri saxlanılıb.

Son.az xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə hoteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham olunub.

Onunla bərabər hotelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nicat Turxana hoteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.