Bakıda təhlükəli qəza evakuator aşdı, yağ və yanacaq yola dağıldı


Digərləri 05 Nov 2025 09:53:00 89 0

Bakıda təhlükəli qəza  evakuator aşdı, yağ və yanacaq yola dağıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşması nəticəsində yola yağ və yanacağın dağılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

****

Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində yük avtomobili aşıb.

Son.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində yaranan sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.