Məktəblərdə yayılan bu sənəd etirazlara səbəb oldu


Digərləri 05 Nov 2025 14:54:00 73 0

Məktəblərdə yayılan bu sənəd etirazlara səbəb oldu

Son vaxtlar bir çox məktəblərdə valideynlərdən "İltizam" adlı sənədi imzalamaq tələb olunur.

Son.az xəbər verir ki, sənədə əsasən, valideynlər övladlarının məktəbdəki davranış və nizam-intizam qaydalarına əməl etməsinə görə tam məsuliyyəti üzərlərinə götürürlər.

Sənəddə geyim forması, dərsə davamiyyət, məktəb əmlakına zərər vurmaq, dərsdən qaçma, həmçinin pedaqoji heyətə qarşı hörmətsizlik kimi hallara görə valideynin məsuliyyət daşıdığı qeyd olunur.

Hətta bəzi hallarda məktəbin rəhbərliyinin uşağa qarşı qəbul etdiyi qərarlara valideynin etiraz etməyəcəyi bəndi də yer alır. Bu praktika validenylər arasında ciddi müzakirələrə səbəb olub.