Bakıda məşhur restoranda Fələstin bayrağı mübahisəsi FOTO
Digərləri 05 Nov 2025 15:01:00 71 0
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan "Soul Kitchen Terrace Baku"da Fələstin bayrağı mübahisəsi yaşanıb.
Read this news too: Bütün növ əmək pensiyaları artacaq
Son.az Trend-ə istinadən xəbər verir ki, restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər.
Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və "Soul Kitchen Terrace Baku"nu boykot etməyə çağıracaqlarını bildiriblər.
Lakin restoranın administrasiyası xarici müştərilərin bu təhdid və tələbinə əməl etməyib. Bu zaman sözügedən müştərilər məkanı tərk edib və özlərinin sosial şəbəkələrdəki səhifələrindən restorana getməməklə bağlı paylaşımlar ediblər.
