Rusiyada dəhşətli yanğın: Dördü uşaq olmaqla yeddi nəfər yanaraq öldü
Digərləri 05 Nov 2025 10:22:00 81 0
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinə daxil olan Surqut şəhərində dəhşətli yanğın baş verib.
Read this news too: “Azərbaycan Nəşriyyatı”na pul ayrılmamasının səbəbi bəlli oldu
Son.az xəbər verir ki, ikimərtəbəli bağ evində alov nəticəsində dördü uşaq olmaqla yeddi nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın bütün evi bürüyüb. Güclü alov nəticəsində dam örtüyü və çardaq döşəmələri uçub.
Rusiya Federasiyasının Regional İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma başladıb, cinayət işi açılıb.
Source: milli.az
