Tələbələrin köçürülməsi ilə bağlı saxta məlumat yayıldı
Digərləri 05 Nov 2025 12:00:00 75 0
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.
Read this news too: Saatlı rayonunda sahibkarlarla görüş keçirilib FOTO
Son.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bildirir ki, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib. Görüntülərdəki "elan" saxtalaşdırılmışdır.
Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur.
Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər.
