Alimlər beyni qocalmaqdan qorumağın yolunu tapdı
Digərləri 04 Nov 2025 21:00:00 86 0
ABŞ-də yerləşən Con Hopkins Tibb Mərkəzinin alimləri beynin zədələnmədən qorunmasında mühüm rol oynayan yeni bir mexanizm müəyyən ediblər.
Read this news too: AzTV açıqlama yaydı
Son.az xəbər verir ki, onların PNAS jurnalında dərc olunan araşdırmasına görə ödün yaranmasında iştirak edən biliverdinreduktaza A (BVRA) adlı ferment neyronları oksidləşdirici stressdən qoruma qabiliyyətinə malikdir.
Oksidləşdirici stress orqanizmdə sərbəst radikalların yığılması nəticəsində yaranır və hüceyrələrin membranlarını, zülallarını və DNT-ni zədələyir. Beyində bu proses xüsusilə təhlükəlidir, çünki neyronların məhvinə və Alzheimer kimi neyrodegenerativ xəstəliklərin inkişafına gətirib çıxara bilər.
Alimlər müəyyən ediblər ki, BVRA beyni bu proseslərdən qorumaq üçün NRF2 adlı zülalla qarşılıqlı əlaqədə olur. NRF2 antioksidantların və digər müdafiə molekullarının sintezini tənzimləyir. BVRA olmadıqda isə NRF2-nin fəaliyyəti pozulur və hüceyrələr oksidləşdirici zərbələrə qarşı dayanıqlığını itirir.
