Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
Digərləri 04 Nov 2025 16:38:00 87 0
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərarına əsasən, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır.
Read this news too: Bir ekosistemindən ticarət sənayesinin inkişafı üçün daha bir addım
Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.
Bununla yanaşı, qeyd edirik ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.
