Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin YENİLİK
Digərləri 04 Nov 2025 10:51:00 104 0
"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqsədilə daha bir yenilik edib.
Read this news too: Bir mənzil 3 nəfərə satılıb, sahibi isə həbsdədir
Son.az səhmdar cəmiyyətinə istindən xəbər verir ki, sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi, Bakı Metropolitenində 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb.
Texnoloji yeniliklərin rəqəmsal tətbiqi ilə yeni tərkib və formada xidmət göstərəcək Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.
Əməkdaşlar operativ qaydada fəaliyyət göstərərək 15 saat fasiləsiz xidmət başında olacaqlar.
