Sərxoş sərnişin avtobusun şüşəsini qırdı


Digərləri 02 Nov 2025 20:10:00 105 0

Sərxoş sərnişin avtobusun şüşəsini qırdı

Bakıda sərnişin avtobusunda insident baş verib.

Read this news too: AzTVdə nöqsanlar aşkarlandı

Son.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılıb.

İnsidentdən sonra avtobus xətdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.