DİM tərəfindən imtahanların təşkili xərci 2 dəfədən çox artdı
Digərləri 04 Nov 2025 15:48:00 88 0
Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların təşkili üçün istifadə olunan materialların satın alınmasına çəkdiyi xərci kəskin artırıb.
Read this news too: Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Son.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mərkəzin alqı-satqı müqavilələrinə əsasən məlumat hazırlayıb.
Məlumata görə, DİM imtahanların təşkili üçün istifadə olunan materialların satın alınmasına 470 107,9 manat vəsait xərcləyəcək. Mərkəz alqı-satqı ilə bağlı "Global Stationery Office" şirkəti ilə müqavilə bağlayıb. DİM-in ötən il üzrə isə bu xərcləri cəmi 209 214 manat təşkil edib. Həmin vaxt Mərkəz alqı-satqını "Leads Group Supply" şirkəti ilə həyata keçirib.
Source: milli.az
