Ömrü uzadan dərman hazırlandı


Digərləri 04 Nov 2025 18:00:00 79 0

Ömrü uzadan dərman hazırlandı

Elm adamları yaşlanmanın qarşısını almaq üçün yeni dərman qarışığı sınaqdan keçirib və nəticələr tədqiqatçıları da təəccübləndirib.

Son.az xəbər verir ki, yaşlanmaya qarşı aparılan son araşdırmanın nəticələri elm dairələrində böyük maraq doğurub.

Heyvanlar üzərində aparılan sınaqlarda yeni dərman birləşməsininın sınaqda istifadə edilən heyvanların ömrünü 73 faiz uzatdığı müşahidə edilib.

Araşdırma ABŞ-ın Kaliforniya Universitetinin alimləri tərəfindən aparılıb. Onlar yaşlanma prosesini hədəfə alan iki müxtəlif dərmanı birləşdiriblər.

Toxumaların bərpasını dəstəklədiyi bilinən oksitosin hormonu ilə hüceyrələrin böyüməsini və ölümünü tənzimləyən OT+A5i adlı preparat birlikdə tətbiq olunub.