Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! Açıqlama


Digərləri 23 Sep 2025 21:00:00 104 0

Gecə qıcolma ilə oyanırsınızsa, diqqət!  Açıqlama

Gecə yaranan ayaq qıcolmaları ürək və beyin xəstəliklərinin siqnalı ola bilər.

Son.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Naira Qurbanova "gazeta"ya açıqlamasında bildirib.

"Qıcolma əzələlərin ixtiyarsız və çox vaxt ağrılı yığılmasıdır. Ən çox baldır əzələlərində baş verən bu hal nadir hallarda bud və ayaq barmaqlarında da müşahidə olunur. Yüngül səbəblər arasında maye çatışmazlığı, güclü fiziki yüklənmə, temperatur dəyişiklikləri, duzun çox qəbulu və elektrolit balansının pozulması göstərilir".

Əgər qıcolmalar mütəmadi təkrarlanırsa, bu periferik sinirlərin zədələnməsi, onurğa və beyin xəstəlikləri, endokrin orqanlarda pozğunluqların əlaməti ola bilər. Həmçinin belə simptomlar qaraciyər, böyrək, ürək və damar patologiyaları ilə əlaqədar da yarana bilər.