Nizami Səfərov "PeşəFest" adlı layihə çərçivəsində baş tutan tədbirdə iştirak edib FOTO
Digərləri 23 Sep 2025 13:17:00 63 0
Millət vəkili Nizami Səfərov Tovuz şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi "PeşəFest" adlı layihə çərçivəsində baş tutan tədbirdə iştirak edib
Read this news too: Bu bankda da limitlər dəyişildi Komissiya tutulacaq
Son.az xəbər verir ki, deputat tədbirdə çıxış edərək "PeşəFest" layihəsinin xüsusilə gənclər və digər peşə fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlar üçün daha faydalı imkanlar yaradacağını vurğulayıb və onlara uğurlar arzu edib.
Qeyd edək ki, "PeşəFest" ölkənin müxtəlif bölgələrində müxtəlif peşələri yaxından tanımaq, mütəxəssislərlə ünsiyyət qurmaq və karyera seçimini düzgün istiqamətləndirmək imkanını yaradır.
Source: milli.az
