Bu bankda da limitlər dəyişildi Komissiya tutulacaq


Digərləri 23 Sep 2025 11:07:00 77 0

Bu bankda da limitlər dəyişildi  Komissiya tutulacaq

Daha bir bankda tariflərlə bağlı dəyişiklik edilib.

Son.az xəbər verir ki, Yelo Bank terminalları və onlayn sayt istisna olmaqla 23 oktyabr 2025-ci il tarixindən etibarən fiziki və virtual kənar terminallardan kart hesablarına mədaxil üzrə tariflərdə dəyişiklik ediləcək.

Yeni tariflər aşağıdakı kimidir:

Yeni qaydalara əsasən, bir müştərinin aylıq mədaxili 2 000 AZN və ya ekvivalentinə qədər olduqda, gündəlik mədaxillərin 500 AZN-dək olan hissəsinə komissiya tətbiq olunmayacaq. Gündəlik 500 AZN-dən artıq mədaxillər üçün isə 1% komissiya ödəniləcək. Əgər bir müştərinin aylıq mədaxili 2 000 AZN-dən çox olarsa, bütün mədaxillər üzrə 1% komissiya hesablanacaq.