"WhatsApp"da yeni funksiya "Facebook" hesabınızı göstərə biləcəksiniz
Digərləri 23 Sep 2025 15:28:00 60 0
"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesablarını əlavə edə biləcəyi yeni funksiya üzərində işləyir.
Read this news too: Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş
Son.az xarici mətbuata istinadən yaydığı məlumata görə, bu xüsusiyyət sayəsində istifadəçilər "Instagram"da olduğu kimi, "Facebook" hesab məlumatlarını birbaşa WhatsApp profillərində göstərə biləcəklər.
Yeni funksiyanın istifadəsi tamamilə istəyə bağlı olacaq. Hesabların həqiqətən istifadəçiyə məxsus olduğunu isə "Hesab Mərkəzi" vasitəsilə təsdiqləmək mümkün olacaq.
Təsdiqlənmiş hesabların yanında "Facebook" simvolu, təsdiqlənməmişlərin isə URL şəklində göstəriləcəyi bildirilib.