Çin avtomobillərinə maraq niyə azaldı?


Digərləri 23 Sep 2025 17:49:00 67 0

Çin avtomobillərinə maraq niyə azaldı?

Bir vaxtlar həftəsonları izdihamla dolub-daşan "maşın bazarı" indi durğunluq içindədir.

Son.az xəbər verir ki, satıcılar bildirirlər ki, artıq bir neçə həftədir alver zəifləyib.

Bu vəziyyətin əsas səbəblərindən biri kimi Çin avtomobillərinə artan maraq göstərilir. 2025-ci ilin ilk 8 ayında Azərbaycana Çindən 733 milyon dollar dəyərində 37 minə yaxın avtomobil gətirilib. Bu, alıcıların seçimində ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Çin avtomobilləri üç səbəbdən avtomobil bazarında öz yerini tuta bilib.