Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: 2025ci il aprelin 1dən...
Digərləri 24 Dek 2024 18:05:00 64 0
Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu üçün rus dili biliklərinin yoxlanılması 2025-ci il aprelin 1-dən başlayacaq.
Bu xəbəri də oxu: Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydası dəyişdi
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko "RIA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Rosobnadzor" (Təhsil və Elm sahəsində Federal Nəzarət Xidməti) artıq metodik materialların, test sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını başa çatdırır.
"Artıq gələn il aprelin 1-dən bu iş ölkəmizin bütün təhsil müəssisələrində sistemli şəkildə inkişaf edəcək", - deyə hökumətin sədr müavini bildirib.
Çernışenko əlavə edib ki, hər il Rusiya məktəblərinə təxminən 155 min miqrant uşağı qəbul olunur.
Xatırladaq ki, Rusiya hökuməti dekabrın 9-da rus dilini zəif bilən əcnəbi vətəndaşların uşaqlarının məktəbə qəbulunun qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Üç gün sonra müvafiq qanun Dövlət Dumasında qəbul edilib. Dekabrın 19-da birbaşa efirdə Prezident Vladimir Putin də yeni qanunu dəstəkləyib.
Qanun layihəsinə əsasən, rus dili üzrə test imtahanından uğurla keçə bilməyən uşaqlar təhsilə buraxılmayacaqlar. Bu cür imtahanın keçirilməsi qaydalarını ölkənin Maarif Nazirliyi müəyyən etməlidir. Nazirlik qeyd edib ki, test pulsuz keçiriləcək.
Babək rayonunun Cəhri qəsəbəsində dekabrın 25-də elektrik enerjisinin ve
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağır
ABŞ Aviasiya Departamenti texniki nasazlıq səbəbindən ölkə üzrə bütün
"Elgizlə izlə" proqramına qonaq olan Əməkdar artist Qorxmaz Əlil
Ziraat Bank Azərbaycan"ASC-nin Müşahidə Şurasına müstəqil üzv tə
Parisdə Eyfel qülləsinin personalı və turistlər təxliyə edilib.
Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasil
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası mə
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 i
Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Res
Silk Way Alat Free Economic Zone (SW AFEZCO) şirkəti yeni inkişaf mərhələs