Şuşa şəhərinin su təchizatında görülən işlər açıqlanıb
Digərləri 24 Dek 2024 12:25:00 58 0
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Prezidentin tapşırığı ilə ADSEA mütəxəssislərindən ibarət qrup əraziyə ezam olunub. Su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb. Məlum oldu ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də bərbad hala salıb.
Bu xəbəri də oxu: Tiktokerlərlə bağlı şok məlumatlar Qonşular Azərlə bağlı dəfələrlə...
Bu barədə Son.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 25 noyabr 2020-ci ildə Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 km olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.
Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirilib.
Görülmüş işlərin nəticəsi olaraq yeni mənbədən şəhərə suyun verilməsi ilə yaşayış məntəqələri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.
Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov qeyd edib ki, Şuşa şəhərinə 2 mənbədən su daxil olur: Zarıslıçay və Kiçik Kirs su mənbəyindən. "Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub".
O, həmçinin, diqqətə çatdırıb ki, Şuşa şəhərinin daimi su ilə təminatında nəzərdə tutulan sutəmizləyici qurğunun qısa müddətdə istifadəyə verilməsi məqsdilə lazım olan tədbirlər görülüb.
"Buradan təmizlənmiş su 2000 kubmetrlik anbara ötürülür. Bütün emal proseslərindən keçdikdən sonra sakinlərə çatdırılır".
Mövcud sutəmizləyici qurğuda 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidentləri Robert
Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox dep
Bu gün Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan, tarixə M
Sankt-Peterburqda 16 yaşlı qız sevgilisi ilə birlikdə araq içdikdən sonr
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan
Bakının Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsində yanacaqdoldurma məntəqə
Bəzi qidaların soyuducuda saxlanması təhlükəlidir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla minimu
Kanal D-də yayımlanan və izlənmə rekordları qıran "Sihirli annem&quo
Bürclərin bir-biri ilə necə uyğunlaşdığına dair müxtəlif fikirlər v�
Gədəbəydə 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Az
Cənubi Afrikadan Beandri Buysen vaxtından əvvəl qocalma sindromu (progeriya)