Kimlərin maaşı artacaq?
Digərləri 24 Dek 2024 11:26:00 80 0
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla minimum əmək haqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əmək haqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq.
Bu xəbəri də oxu: Mingəçevirdə ana qazi oğlundan 50 gün sonra dünyasını dəyişdi
Son.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların maaşları artıralacaq:
"Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqları artacaq.
Əmək haqqı artımları neçə faiz olacaq?
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqı 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 1125 manatdır. Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Müəllim və həkimlərin maaşları artacaqmı?
Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqları müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
Kanal D-də yayımlanan və izlənmə rekordları qıran "Sihirli annem&quo
Bürclərin bir-biri ilə necə uyğunlaşdığına dair müxtəlif fikirlər v�
Gədəbəydə 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Az
Cənubi Afrikadan Beandri Buysen vaxtından əvvəl qocalma sindromu (progeriya)
"Qalatasaray"ın futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaş�
Bu gün Astara rayonunun bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin
Azərbaycan Mərkəzi Bankı (AMB) 24 dekabr tarixindən etibarən valyuta məz�
Avtomobildə ön və ya arxa işıq cihazı işləmir, dönmə işıq sistemlər
Əməkdar artist Sənubər İsgəndərli dələduzların qurbanı olub.
Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rə
Samsunun Çarşamba rayonunda 9 yaşlı uşağın idarə etdiyi avtomobil ilə y
Suriya keçmiş prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd il�