2 dövlət qurumunun məlumatında uyğunsuzluq aşkarlandı: 17 milyon manat
Digərləri 21 Noy 2024 17:20:00 88 0
Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidmətinin təqdim etdiyi rəqəmlər üst-üstə düşməyib.
Bu xəbəri də oxu: Azərbaycanlı şagird Türkiyədə imtahanda ən yüksək balı yığdı
Son.az xəbər verir ki, Dövlət Vergi Xidməti və Fond tərəfindən təqdim edilmiş məlumatların təhlili zamanı 2023-cü il üzrə müvafiq gəlir göstəriciləri arasındakı uyğunsuzluqların olduğu müəyyən edilib.
Belə ki, Dövlət Sosial Müdafiə Fondu "Məcburi dövlət sosial sığorta haqqı" daxilolmaları barədə məlumatında bu rəqəmin 5 milyard 194,6 milyon manat olduğunu qeyd etsə də, Dövlət Vergi Xidməti bu rəqəmin 5 milyard 197,7 milyon manat olduğunu bildirib. Nəticədə 3,1 milyon manat uyğunsuzluq yaranıb.
Digər bir uyğunsuzluq isə hesablanmış faiz, maliyyə sanksiyası və sanatoriya-kurort yollayışları ilə bağlıdır.
Dövlət Vergi Xidməti il ərzində hesablanmış faiz və maliyyə sanksiyasının 19,5 milyon manat, sanatoriya-kurort yollayışlarının dəyərinin isə 2,2 milyon manat olduğunu bəyan etdiyi halda, DSMF bu göstəricilərin müvafiq olaraq 6,2 milyon manat və 2,1 milyon manat təşkil etdiyini açıqlayıb.
Ümumilikdə isə 17 milyon manat uyğunsuzluq aşkarlanıb.
Məlumatlar arasında fərqin 80,6%-i hesablanmış faiz və maliyyə sanksiyaları üzrədir və hər bir istiqamət üzrə DVX-nin göstəriciləri daha böyükdür. Bu, əsasən hesabatlılıqla bağlı fərqli yanaşmaların tətbiqindən irəli gəlir ki, bu da, Fond tərəfindən verilən məlumata görə, cari ildə hüquqi aktlarda təkmilləşmə edilməsi ilə fondlararası müxabirləşdirmələrin aparılmasının normativ sənəd tələbi baxımından aradan qaldırılmışdır.
Son illər üzrə toplanmış məlumatlar yaranmış fərqin əvvəlki dövrlərin müvafiq göstəriciləri ilə müqayisədə artan yekunla davam etdiyini göstərir.
İnqilab Məmmədov Son.az
"Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi
Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarına xidm
2025-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 536 manat olacağı proqnozl
Canlı brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya qəribə zə
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar həcmində hərbi yardım p
Mən Rioda keçirilən G20 Sammitindən təzəcə qayıtmışam. COP29 çox gün
2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məblə
Antioksidantlarla zəngin əncir südü immunitet sistemini gücləndirir. Ənci
Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüse
Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üç�
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıda keçirilən BMT-nin
Müğənnilər Şəbnəm Tovuzlu və Nigar Camal arasında yaşanan qalmaqal yen