COP29 çərçivəsində TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb
Digərləri 14 Noy 2024 22:06:00 131 0
Ölkəmizdə təşkil edilən COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair Nazirlər Görüşü keçirilib.
Bu xəbəri də oxu: 2 dövlət qurumunun məlumatında uyğunsuzluq aşkarlandı: 17 milyon manat
İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələrimiz arasında inteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb.
Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərin yaşıl iqtisadi keçidini dəstəkləmək üçün platforma kimi İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığı yaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətli yaşıl keçid üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Bu çərçivədə milli yaşıl inkişaf strategiyalarının hazırlanması, yaşıl enerji zonalarının yaradılması, iqlimin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, yaşıl KOB subyektlərinin və startapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərin reallaşdırılması hədəflənir.
Nazirlər Görüşündə TDT-nin baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali, Qazaxıstanın Baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Sanjarbek Bolotov, Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycanın Xarici İşlər Nazirliyinin departament rəhbəri Elmar Məmmədov çıxış ediblər. Çıxışlarda türk ölkələrində həyata keçirilən iqlim və yaşıl iqtisadiyyat siyasəti barədə məlumat verilib. Müxtəlif istiqamətlər üzrə ölkələrarası tərəfdaşlığın və inteqrasiya proseslərinin güclənməsinin ümumi rifah və qlobal çağırışlara adekvat yanaşma baxımından vacibliyi vurğulanıb. Bildirilib ki, tərəfdaşlıq vasitəsilə üzv dövlətlər davamlı inkişafa, iqlim problemlərinin həllinə və regional iqtisadi artımın təşviqinə sadiqliklərini nümayiş etdirirlər. Azərbaycanın türk dövlətləri arasında tərəfdaşlığın güclənməsinə mühüm töhfələri vurğulanıb.
Tədbirdə təşkilata üzv dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərlərinin İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatı imzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişafın rəhbərlik etdiyi gələcək üçün ortaq baxışı ortaya qoyur. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Partnyorun xəyanət etməsi ilə bağlı bəzi davranış və əlamətlərə di
Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə küçə etirazlarından
Davam etməkdə olan COP29 iqlim konfransının dördüncü günündə Yaşıl Z
Müğənni Damlanın Amerikaya girişi bir illik qadağan edilib.
Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope&q
Elektrikli avtomobillərin bazarı sürətlə genişlənir, lakin bəzi modellə
"Yalı çapkını" serialının heyətində dəyişiklik ediləcək.
Həkimlər kolbasa və sosiskanın çox istifadəsinin ciddi sağlamlıq risklə
Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, q
Saçımızı nə qədər tez-tez yumaqla bağlı müxtəlif fikirlər var.
Uinston Çörçillin Londondakı evi satışa çıxarılıb.
Baş rollarını Ozan Akbaba və Sinem Ünsalın canlandırdığı "Uzak ş
Bürclərin özünəməxsus xarakterləri qədimdən bəri maraq doğurur.
18-25 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyas