“Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda panel sessiyası keçirilib
Digərləri 14 Noy 2024 21:37:00 107 0
Davam etməkdə olan COP29 iqlim konfransının dördüncü günündə Yaşıl Zona proqramı üzrə iqlim fəaliyyəti ilə əlaqədar tədbirlərin keçirilməsi davam edir.
Bu xəbəri də oxu: Vergi ödəyiciləri ilə bağlı yeni QƏRAR
Son.az Trend-ə istinadən xəbər verir ki, 14 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Strateji təsir üzrə tərəfdaşı olan "PASHA Holding" tərəfindən birgə panel sessiya təşkil edilib.
"Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi" adlı panel sessiyasında bu regionlarda iqlim maliyyəsinin cari vəziyyəti, çağırışlar və inkişaf perspektivləri hərtərəfli təhlil edilib. Dayanıqlı investisiyaların təşviqi, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi kimi mövzulara diqqət çəkilən sessiyada iqlim dayanıqlığı və adaptasiya məqsədləri üçün mövcud maliyyə mexanizmləri dəyərləndirilib.
"Bakı Fond Birjası" QSC-nin (BFB) idarə heyətinin sədri Ruslan Xəlilov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays, "PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) icraçı direktoru, dayanıqlılığın idarə edilməsi departamentinin baş direktoru Hiroko Yano, AIFC Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizdhuaniyevin iştirak etdiyi panel müzakirəsində mövcud problemlərlə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim fəaliyyətinin sürətləndirilməsi, bu istiqamətdə maliyyə dəstəyinin artırılması və optimallaşdırılması, bu sahədə strateji əməkdaşlıq yolları müzakirə edilib.
Bundan əlavə, COP29-un Yaşıl Zonasında müxtəlif saatlarda keçirilən panel müzakirələrində dayanıqlı inkişafa yönəlmiş innovativ yanaşmalar, karbon emissiyalarını azaltmaq üçün qəbul edilən strategiyalar, dayanıqlılığın sənaye sahələrindəki aktuallığı, yaşıl texnologiyalar, dayanıqlı enerji və resurs əsaslı iqtisadiyyatlar üçün uğurlu modellər və gələcək perspektivlər və bu kimi müxtəlif mövzularda fərqli tədbirlər keçirilib, yerli və xarici ekspertlər, mütəxəssislər öz fikirlərini bölüşüblər. Panel müzakirələri ilə yanaşı COP29 Yaşıl Zona ziyarətçiləri üçün "Extreme Hangout" dinamik ərazisində film nümayişləri, yoqa sessiyası, debat tərzi sessiyalar da təşkil olunub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müğənni Damlanın Amerikaya girişi bir illik qadağan edilib.
Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope&q
Elektrikli avtomobillərin bazarı sürətlə genişlənir, lakin bəzi modellə
"Yalı çapkını" serialının heyətində dəyişiklik ediləcək.
Həkimlər kolbasa və sosiskanın çox istifadəsinin ciddi sağlamlıq risklə
Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, q
Saçımızı nə qədər tez-tez yumaqla bağlı müxtəlif fikirlər var.
Uinston Çörçillin Londondakı evi satışa çıxarılıb.
Baş rollarını Ozan Akbaba və Sinem Ünsalın canlandırdığı "Uzak ş
Bürclərin özünəməxsus xarakterləri qədimdən bəri maraq doğurur.
18-25 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyas
"Donald Trampın dövründə Çini ehtiva etmək ABŞ üçün prioritet və
"Anam xəstə oldu, bu zaman atam getdi və başqası ilə ailə qurdu"
Bu gün Azərbaycan qlobal enerji və ekoloji təhlükəsizliyin təmin edilməs