BDUnun yeni unikal layihəsi – Universitetdə “EKO MƏKAN” FOTOlar


Digərləri 14 Noy 2024 19:15:00 100 0

BDUnun yeni unikal layihəsi – Universitetdə “EKO MƏKAN”  FOTOlar

Bu gün Azərbaycan qlobal enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi və "yaşıl iqtisadiyyat"a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş əsas Prioritetdən biri götürülüb.

Son illərdə Bakı Dövlət Universitetində (BDU) də ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində aparılan elmi-tədqiqiat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün müxtəlif layihələr həyata keçirilir. BDU-nun alim və müəllimləri, yaradıcı tələbələri bu sahələr üzrə elm və təhsil platformasında birləşərək ekoloji problemlərin araşdırılması və həlli yollarının axtarılmasında fəal iştirak edirlər. Elm, innovasiya və təhsil ocağı kimi Universitet tələbə təşəbbüslərinin və "yaşıl iqtisadiyyat" sahəsində gənclər hərəkatının inkubasiya və akselerasiya mərkəzinə çevrilməyi qarşısına hədəf kimi qoyub. BDU dayanıqlı inkişaf üzrə ideyaların təşviqində fəal iştirak edir, Universitetdə ekoloji təhsil və tədqiqata, habelə ekoloji mədəniyyətin təşviqinə əsaslanan yeni təhsil proqramları yaradılır, enerji və resurs qənaətinə əsaslanan həllər tətbiq olunur, innovativ konsepsiyalı eko-məkan və sahələrin yaradılması yolu ilə müxtəlif dəyişikliklər həyata keçirilir.

2024-cü ildə BDU Ali Təhsildə Dayanıqlılığın İnkişafı Assosiasiyasına (The Association for the Advancement of Sustainability in Higher Education) üzv qəbul olunub. Qeyd edək ki, 2005-ci ildə yaradılmış Assosiasiya dünyanın 22 ölkəsindən olan 900-dən çox ali təhsil müəssisəsi və qeyri-kommersiya təşkilatını özündə birləşdirir, professor-müəllim heyətinə və tələbələrə dayanıqlı innovasiyaların iştirakçısı olmaq imkanı yaradır.

BDU ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialı və infrastrukturunu daim təkmilləşdirir və inkişaf etdirir. Universitetdə 5 kafedradan ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 2024-cü ildə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Universitetdə bakalavriat səviyyəsinin "Ekologiya" və "Ekologiya mühəndisliyi" ixtisasları və  magistratura səviyyəsinin "Ekologiya hüququ", "Ətraf mühit kimyası", "Ekoloji kimyəvi monitorinq", "Ekoloji kimya", "Ekoloji biologiya", "Biomüxtəliflik və təbiətin mühafizəsi", "Bioekologiya", "Ətraf mühitin mühafizə metodları və bərpası" və s. ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir.

BDU tələbələri "yaşıl enerji", "yaşıl texnologiyalar" sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdə təqdim edirlər. 2024-cü ildə Türkiyənin Antalya şəhərində keçirilmiş "TEKNOFEST-2024" Aerokosmik və Texnologiya Festivalında üçüncü yerə layiq görülmüş BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət "ESST-6" komandasının "E-tarım sulama" layihəsi də məhz ekoloji problemlərin intellektual həllinə yönəlib. Layihənin məqsədi maya dəyəri ucuz, lakin keyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılması və tətbiq edilməsidir. Belə ağıllı suvarma sistemləri bitkiləri ehtiyacları olduğu qədər su ilə təmin edərək, su israfını maksimum səviyyədə azaltmağa və su sərfiyyatını effektiv şəkildə idarə etməyə imkan yaradır. Layihə çərçivəsində hazırlanması nəzərdə tutulan ağıllı damcı sulama sistemi suvarma proseslərini daha effektiv və sürətli hala gətirərək, kənd təsərrüfatında daha yüksək məhsuldarlıq əldə etməyə imkan verəcək.

Ölkəmizdə möhtəşəm COP29 konfransının keçirildiyi bir dövrdə BDU-da istifadəyə verilən "Eko Məkan" Universitetin bu istiqamətdə reallaşdırdığı yeni unikal və innovativ layihələrindən biridir. Noyabrın 14-də açılışı olan "Eko Məkan" tələbə və tədqiqatçıların ətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübə qazanmalarını təmin edəcək, həmçinin müxtəlif tədbirlərin keçirilməsi və asudə vaxtın təşkilinə imkan yaradacaq.

Açılış mərasimində Milli Məclis (MM) sədrinin müavinləri Ziyafət Əsgərov və Musa Qasımlı, MM-in komitə sədrləri Anar İsgəndərov, Arzu Nağıyev, Sadiq Qurbanov və Şahin İsmayılov, MM-in komitə sədrlərinin müavinləri Fariz İsmayılzadə və Jalə Əliyeva, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və vitse-prezidenti akademik İradə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Serbiya, Cənubi Koreya, Nigeriya, İraq və digər ölkələrdən COP29 konfransında iştirak edən qonaqlar, "LU-MUN Holding", "Bayramli Group", "Azecolab" şirkətlərinin rəhbər və əməkdaşları, həmçinin müxtəlif qurumların, elmi-tədqiqat müəssisələrinin nümayəndələri, BDU-nun professor-müəllim heyəti və tələbələri, çoxsaylı KİV təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm töhfə olan COP 29 çərçivəsində BDU öz ənənəsinə sadiq qalaraq yeni bir unikal pilot layihəyə imza atıb. Rektor "Eko Məkan"ın bir neçə mühüm özəlliyə malik olduğunu deyib: "Burada xarici ölkələrdən gətirilmiş və ən son texnologiyalar ilə təchiz edilmiş Akvaponik sistem ("Aquaponics system") quraşdırılıb. Bu sistem balıq və bitkilərin bir tsikl çərçivəsində fəaliyyətin tənzim edilməsi prinsipinə əsaslanır. Burada bütün məhsullar ekoloji cəhətdən təmiz məhsullardır, digər tərəfdən oksigen istehsalına imkan verən bioreaktor, rəqəmsal texnologiyaların tətbiqi ilə real zamanda hava parametrlərini ölçən, həmçinin havanın keyfiyyətini təyin edən xüsusi, ən müasir texnologiyalar quraşdırmışıq. "Eko Məkan"ın elektrik təchizatı əsasən günəş panelindən alınan enerji ilə həyata keçirilir. Bu, BDU-nun bir daha ekoloji prinsiplərə sadiq olduğunu, digər tərəfdən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət göstərdiyini sübut edir".

Rektor qeyd edib ki, "EKO Məkan" ilk növbədə təhsilalanlar - tələbələr, magistrantlar, doktorantlar üçün nəzərdə tutulub. Tələbələrin tədris və təcrübə sahəsi kimi nəzərdə tutulmuş "EKO Məkan"dan yalnız BDU-da təhsil alanlar deyil, həm də digər universitetlərin, orta məktəblərin, liseylərin, kolleclərin tələbələri istifadə edə bilərlər: "Düşünürəm ki, bu layihə çox uğurlu olacaq. Layihənin həyata keçirilməsində "dövlət-özəl tərəfdaşlığı" prinsipinə riayət olunub. Elmi tədqiqatlara öz töhfəsini verən bir sıra özəl şirkətlər bu məkanın yaradılmasında yaxından iştirak ediblər. Onların sırasında "Bayramli Group", həmçinin "LU-MUN HOLDİNG" və "Azecolab" kimi şirkətlər var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də xüsusi təşəkkür edirik. "Eko Məkan"da onların təqdim etdiyi bir çox nadir bitkilər və ağaclar əkilib".

"Eko Məkan" yeni innovativ texnologiya və metodlarla "yaşıl enerji" ilə "yaşıl qida" istehsalı, "yaşıl atmosfer"in formalaşdırılması yollarının tələbələrə öyrədilməsi, həmçinin ictimaiyyətin maarfifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. BDU-nun ərazisində təqribən 1000 kv.m sahədə yaradılmış "Eko Məkan" müasir texnologiyaları və ekoloji həlləri xüsusi bir yanaşma ilə bir araya gətirir. Burada ətraf mühitin müxtəlif ekoloji aspektlərini təhlil etmək və elmi biliklərin praktiki tətbiqinə şərait yaratmaq məqsədilə xüsusi sahələr yaradılıb:

Məkanda yaradılmış Akvaponik sistem ("Aquaponics system") müasir aqrar texnologiyalardan biri olaraq, suyun təkrar dövriyyəsi üsulu ilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitki və balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem "Dayanıqlı Kənd Təsərrüfatı" yanaşmasını ehtiva edir.

Mikroorqanizmlər və ya biokimyəvi proseslər vasitəsilə bioloji maddələrin istehsalını təmin edən bioreaktorlar sənaye miqyasında müxtəlif bioloji proseslərin, o cümlədən biokütlə, fermentlər, antikorlar, peyvəndlər, bioloji yanacaqlar və digər biotexnoloji məhsulların istehsalı üçün geniş istifadə olunur. Bioreaktorlar əsasən qapalı sistemdə işləyir və müəyyən bir temperatur, pH, oksigen miqdarı, qarışdırma sürəti və qida maddələri kimi parametrləri tənzimləyərək mikroorqanizmlərin böyümə mühitini optimallaşdırır. "Eko Məkan"da quraşdırılmış mikroyosun Bioreaktoru fotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edir və bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşması prosesinin laboratoriya şəraitində izlənilməsinə şərait yaradır.

"Eko Məkan"da enerji səmərəliliyini təmin etmək və bərpa olunan enerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən ("solar panel") istifadə olunur. Məkanın enerji təchizatı (xüsusi işıqlandırma, müxtəlif elektron ölçmə cihazlarının enerji təminatı, mobil qurğuların enerji qidalandırılması və s.) əsasən fotovoltaik çeviricilərin bazasında hazırlanmış enerji mənbələrinə əsaslanır. Bu, Universitetin ekoloji prinsiplərə uyğun fəaliyyəti ilə yanaşı, tələbələrə enerji səmərəliliyi və ekoloji təmiz enerji texnologiyalarının tətbiqi barədə biliklər verəcək.

Trampın qələbəsinə hirslənib buzqıranla atasını öldürdü like
  • 14 Noy 19:10  
Dünya Trampın qələbəsinə hirslənib buzqıranla atasını öldürdü

Yazıçının həyat yoldaşı 33 yaşlı Kori Börk 67 yaşlı atasını Donald

arrow Ətraflı
Teztez susayırsınızsa... like
  • 14 Noy 19:00  
Digərləri Teztez susayırsınızsa...

Şəkər xəstəliyinin (diabetin) əlamətləri fərqli formalarda və ya dər�

arrow Ətraflı
COP29 məkanında pavilyonlardan FOTOREPORTAJ like
  • 14 Noy 18:53  
Digərləri COP29 məkanında pavilyonlardan FOTOREPORTAJ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərə

arrow Ətraflı
Saakaşvili əfv edilsə həbsxanadan çıxa bilməyəcək? like
  • 14 Noy 18:34  
Dünya Saakaşvili əfv edilsə həbsxanadan çıxa bilməyəcək?

Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət i�

arrow Ətraflı
"Gossip Girl" filminin ulduzu itkin düşdü  FOTO like
  • 14 Noy 18:25  
Şou-biznes "Gossip Girl" filminin ulduzu itkin düşdü FOTO

"Gossip Girl" filminin ulduzu Chanel Maya Banks itkin düşüb.

arrow Ətraflı
Azərbaycan və Türkiyə birgə təlimə hazırlaşır like
  • 14 Noy 18:16  
Digərləri Azərbaycan və Türkiyə birgə təlimə hazırlaşır

Azərbaycan və Türkiyə dəniz qüvvələri birgə hərbi təlim keçirəcəkl

arrow Ətraflı
XİN sözçüsü Nikol Paşinyana cavab verdi like
  • 14 Noy 18:09  
Siyasət XİN sözçüsü Nikol Paşinyana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin r�

arrow Ətraflı
COP29un dünyaya mesajı: biz bir komandayıq, biz  bütün bəşəriyyətik like
  • 14 Noy 17:41  
Digərləri COP29un dünyaya mesajı: biz bir komandayıq, biz bütün bəşəriyyətik

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�

arrow Ətraflı
ABŞın müdafiə naziri namizədindən qəribə açıqlama: "10 ildir əllərimi yumuram"  VİDEO like
  • 14 Noy 17:30  
Dünya ABŞın müdafiə naziri namizədindən qəribə açıqlama: "10 ildir əllərimi yumuram" VİDEO

Donald Trampın yeni müdafiə naziri hesab etdiyi Pit Heqsetin keçmiş açıql

arrow Ətraflı
İnsultdan bu beş yolla qorunmaq olar like
  • 14 Noy 17:22  
Digərləri İnsultdan bu beş yolla qorunmaq olar

İnsultdan qorunmanın ən təsirli üsulu olaraq sağlam həyat tərzini qoruma

arrow Ətraflı
Metrodan istifadə edənlərə xoş xəbər: like
  • 14 Noy 17:13  
Digərləri Metrodan istifadə edənlərə xoş xəbər:

Bu gün Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respubl

arrow Ətraflı
"COP29da yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır" like
  • 14 Noy 17:02  
Digərləri "COP29da yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır"

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�

arrow Ətraflı
Qızla danışan türk əsgəri bu ölkədə döydülər  Nazirlikdən açıqlama like
  • 14 Noy 16:43  
Dünya Qızla danışan türk əsgəri bu ölkədə döydülər Nazirlikdən açıqlama

Bosniya və Herseqovinada döyülən türk əsgərin videosu qalmaqal yaratmış

arrow Ətraflı
COP29un dördüncü günündən like
  • 14 Noy 16:22  
Digərləri COP29un dördüncü günündən

Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29

arrow Ətraflı