"COP29da yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır"


Digərləri 14 Noy 2024 17:02:00 107 0

"COP29da yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır"

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müyəssərlik şöbəsinin müdiri Kamal Məmmədovdur.

K.Məmmədov Trend-ə müsahibəsində bildirib ki, COP29-da sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır.

"COP29-da sağlamlıq imkanları məhdud şəxslərin bərabər hüquqlu iştirakı üçün bütün şərait yaradılıb. Buraya görmə, eşitmə zəifliyi olanlar, autizm, dayaq-hərəkət sistemi problemləri yaşayanlar və əlil arabasından istifadə edənlər kimi bütün əlillik kateqoriyaları daxildir. Bakı Olimpiya Stadionunun ətrafında yaradılmış 50 pavilyonlu geniş ərazidə onlar sərbəst hərəkət edə və fəaliyyətlərini həyata keçirə bilərlər, onlar üçün müvafiq xüsusi xidmətlər yaradılıb. Təxminən 7 minə yaxın xidmət və şirkət işçisi bizim təlimlərimizə cəlb olunub. Onların arasında könüllülər, sürücülər, hava limanı və yerüstü xidmət işçiləri, servis və təhlükəsizlik xidmətləri, qidalanmadan ünsiyyətə qədər olan xidmətlər, metro, avtobuslar və taksi ilə ictimai nəqliyyatla hərəkət daxildir. Əsas məqsəd tam maneəsiz mühit yaratmaq idi - və bu, tam həcmdə həyata keçirilib", - o bildirib.

Komanda ilə əvvəlki COP-ların təcrübəsi araşdırılıb, əlilliyi olan iştirakçıların şərhləri analiz edilib və əlçatanlığı təmin etmək üçün unikal və innovativ həllərin yaradılması istiqamətində müvafiq nəticələr çıxarılıb.

"COP29 rəhbərliyinin sağlamlıq imkanları məhdud şəxslərin problemlərinə xüsusi diqqətini vurğulamaq lazımdır. Tikinti və hazırlıq işlərinin ilk günlərindən etibarən komandamızla birlikdə prosesdə birbaşa iştirak etdik, hərəkət xəritəsi əsasında məsləhətlər verdik, hansı ki, ən yüksək səviyyədə dərhal həyata keçirildi. Xüsusilə, indiyədək COP tədbirlərində surdötərcümə istifadə edilməmişdi, amma bizdə ilk dəfə olaraq tətbiq edilib. Tədbirin açılışı zamanı surdötərcümə eşitmə qüsurlu beynəlxalq mütəxəssislər tərəfindən həyata keçirildi. Onlara mətn ingilis dilində noutbukdan oxunurdu, operativ şəkildə göndərilən mətnə əsasən tərcümə edilirdi. Bütün zallarda eşitmə qüsurlu insanlar üçün induksiya sistemi yaradıldığını xüsusi qeyd etmək istəyirəm. Görmə qüsurlu insanlar üçün İnfo masalarımızda xüsusi bukletlər, azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə hazırlanan xüsusi ərazi taktil xəritələr təqdim edilir. Həmçinin əlil arabaları üçün texniki xidmət də mövcuddur. 20 mexaniki və 10 motorlu olmaqla ehtiyatda otuz əlil arabası, habelə ətraf ərazilərdə hərəkət üçün qolf maşınları var. Qürurla qeyd edirəm ki, bu sistemin yaradılmasında sağlamlıq imkanları məhdud şəxslərimiz iştirak edib. Xüsusilə, görmə məhdudiyyətli insanlar Brayl əlifbasını hazırlayıb, amputantlar isə arabaları təmir edir. Könüllülər arasında da əlilliyi olan, autizmdən və eşitmə, görmə pozğunluğundan əziyyət çəkən şəxslər var. Bütün sahələrdə inklüzivlik var!", - şöbə müdiri bildirib.

Onun sözlərinə görə, o, şəxsən "BakuBus" avtobuslarında pandusların istifadəsini və sürücülərin fiziki məhdudiyyətli şəxslərlə necə ünsiyyət qurduğunu yoxlayıb.

"Komandamız rəng korluğu olan insanlar üçün panellərin dizaynı və rəng seçiminə də cəlb edilib. Döşəmə örtüyü olan xalçanın sıxlığından tutmuş, yaşlılar, əlil arabasındakılar və ya yüksək daban ayaqqabı geyinən qadınların rahat hərəkət etməsinə qədər hər detal nəzərə alınıb. Təklifimiz əsasında görmə məhdudiyyətli insanların fərqinə vara bilməsi üçün qapı çərçivələrində kontrastlı rənglər, sarı stikerlər (şüşə qapılarda daxil olmaqla) yaradılıb. Pilləkən meydançalarının astanalarında panduslar quraşdırılıb. Üç metrdən yüksək olan bütün qeydiyyat bölmələrində əlil arabaları üçün uyğun hündürlükdə bir hissə ayrılıb. Tədbirlərin keçiriləcəyi bütün zallarda əlillər üçün xüsusi yerlər ayrılıb. Bundan əlavə, təcili təxliyə zamanı əlillərə xüsusi xidmət göstərən xidmət var. Gizli əlilliyi və ya autizmi olan şəxslər üçün beynəlxalq rəmz olan günəbaxan işarəli lentlər də istifadə edilir. Stress keçirmiş şəxslər üçün xüsusi təchiz edilmiş "sükut otağı"nı da xüsusi qeyd etmək istəyirəm", - deyə Kamal Məmmədov əlavə edib.

Onun sözlərinə görə, 100 faizlik müyəssərlik COP29 rəhbərliyi başda olmaqla, bütün fəaliyyət göstərən xidmətlərin yüksək peşəkarlığı, diqqətliliyi və əlaqəliliyi sayəsində yaradılıb.

Qızla danışan türk əsgəri bu ölkədə döydülər  Nazirlikdən açıqlama like
  • 14 Noy 16:43  
Dünya Qızla danışan türk əsgəri bu ölkədə döydülər Nazirlikdən açıqlama

Bosniya və Herseqovinada döyülən türk əsgərin videosu qalmaqal yaratmış

arrow Ətraflı
COP29un dördüncü günündən like
  • 14 Noy 16:22  
Digərləri COP29un dördüncü günündən

Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29

arrow Ətraflı
Bu müalicə də icbari tibbi sığortaya daxildir like
  • 14 Noy 16:12  
Digərləri Bu müalicə də icbari tibbi sığortaya daxildir

Beyin infarktı (işemik insult) - beyin qan dövranının kəskin pozulması n�

arrow Ətraflı
"Bu qızı "ən cazibədar" seçən deyəsən yoxluqdan çıxıb"  FOTO like
  • 14 Noy 16:00  
Şou-biznes "Bu qızı "ən cazibədar" seçən deyəsən yoxluqdan çıxıb" FOTO

Türkiyəli müğənni Zeynep Bastikin "ən cazibədar müğənni" se�

arrow Ətraflı
Bu şənbə tam iş günü olacaq like
  • 14 Noy 15:50  
Digərləri Bu şənbə tam iş günü olacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəy

arrow Ətraflı
Aşıq Namiqə ağır itki üz verdi like
  • 14 Noy 15:46  
Şou-biznes Aşıq Namiqə ağır itki üz verdi

Aşıq Namiq Fərhadoğluna ağır itki üz verib.

arrow Ətraflı
3000 il yaşı olan məzardan görün nə çıxdı like
  • 14 Noy 15:25  
Digərləri 3000 il yaşı olan məzardan görün nə çıxdı

Almaniyada məzardan cəsəd qalırları ilə birgə son dərəcə nadir olan 30

arrow Ətraflı
"Qumardan əl çəkə bilmirəm, peşmanam"  VİDEO like
  • 14 Noy 14:54  
Şou-biznes "Qumardan əl çəkə bilmirəm, peşmanam" VİDEO

Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada &q

arrow Ətraflı
Tesla  "Cybertruck" pikaplarını geri çağırır like
  • 14 Noy 14:46  
Digərləri Tesla "Cybertruck" pikaplarını geri çağırır

"Tesla" təxminən 2.5 min "Cybertruck" elektrik pikapını

arrow Ətraflı
Şakiranın 22 il öncəki VİDEOsu gündəm oldu: ilk dəfə kamerası olan like
  • 14 Noy 14:38  
Şou-biznes Şakiranın 22 il öncəki VİDEOsu gündəm oldu: ilk dəfə kamerası olan

2002-ci ildə dünya şöhrətli müğənni Şakiranın Yaponiya səfərindən v

arrow Ətraflı
Prezident Məhəmməd Muizzu ilə görüşüb like
  • 14 Noy 14:37  
Siyasət Prezident Məhəmməd Muizzu ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezi

arrow Ətraflı
Əri tərəfindən döyülən qadın qızı ilə birgə like
  • 14 Noy 14:33  
Digərləri Əri tərəfindən döyülən qadın qızı ilə birgə

Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəs

arrow Ətraflı
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir? like
  • 14 Noy 14:30  
Digərləri Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?

Braziliyanın məşhur keçmiş futbolçusu Ronaldinyo-nun Bakıya gəlişi Azə

arrow Ətraflı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan like
  • 14 Noy 14:22  
Dünya İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan

Səkkiz günlük kosmosa gedən və hələ də yerə qayıda bilməyən NASA ast

arrow Ətraflı