Bu müalicə də icbari tibbi sığortaya daxildir


Digərləri 14 Noy 2024 16:12:05 86 0

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Beyin infarktı (işemik insult) - beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyətdir. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma (stenoz) və tutulmasıdır (okklyuziya).

Son.az xəbər verir ki, damar mənfəzlərinin daralması hallarının təxminən 50%-i aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. Bütün beyin infarktlarının 30%-i yuxu arteriyasının stenozu səbəbindən baş verir.

Yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Bu müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.

Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60%-dən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Bu əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beynin normal qan təchizatı təmin olunur.

Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Sadalanan müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.

"Bu qızı "ən cazibədar" seçən deyəsən yoxluqdan çıxıb"  FOTO like
  • 14 Noy 16:00  
Şou-biznes "Bu qızı "ən cazibədar" seçən deyəsən yoxluqdan çıxıb" FOTO

Türkiyəli müğənni Zeynep Bastikin "ən cazibədar müğənni" se�

arrow Ətraflı
Bu şənbə tam iş günü olacaq like
  • 14 Noy 15:50  
Digərləri Bu şənbə tam iş günü olacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəy

arrow Ətraflı
Aşıq Namiqə ağır itki üz verdi like
  • 14 Noy 15:46  
Şou-biznes Aşıq Namiqə ağır itki üz verdi

Aşıq Namiq Fərhadoğluna ağır itki üz verib.

arrow Ətraflı
3000 il yaşı olan məzardan görün nə çıxdı like
  • 14 Noy 15:25  
Digərləri 3000 il yaşı olan məzardan görün nə çıxdı

Almaniyada məzardan cəsəd qalırları ilə birgə son dərəcə nadir olan 30

arrow Ətraflı
"Qumardan əl çəkə bilmirəm, peşmanam"  VİDEO like
  • 14 Noy 14:54  
Şou-biznes "Qumardan əl çəkə bilmirəm, peşmanam" VİDEO

Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada &q

arrow Ətraflı
Tesla  "Cybertruck" pikaplarını geri çağırır like
  • 14 Noy 14:46  
Digərləri Tesla "Cybertruck" pikaplarını geri çağırır

"Tesla" təxminən 2.5 min "Cybertruck" elektrik pikapını

arrow Ətraflı
Şakiranın 22 il öncəki VİDEOsu gündəm oldu: ilk dəfə kamerası olan like
  • 14 Noy 14:38  
Şou-biznes Şakiranın 22 il öncəki VİDEOsu gündəm oldu: ilk dəfə kamerası olan

2002-ci ildə dünya şöhrətli müğənni Şakiranın Yaponiya səfərindən v

arrow Ətraflı
Prezident Məhəmməd Muizzu ilə görüşüb like
  • 14 Noy 14:37  
Siyasət Prezident Məhəmməd Muizzu ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezi

arrow Ətraflı
Əri tərəfindən döyülən qadın qızı ilə birgə like
  • 14 Noy 14:33  
Digərləri Əri tərəfindən döyülən qadın qızı ilə birgə

Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəs

arrow Ətraflı
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir? like
  • 14 Noy 14:30  
Digərləri Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?

Braziliyanın məşhur keçmiş futbolçusu Ronaldinyo-nun Bakıya gəlişi Azə

arrow Ətraflı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan like
  • 14 Noy 14:22  
Dünya İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan

Səkkiz günlük kosmosa gedən və hələ də yerə qayıda bilməyən NASA ast

arrow Ətraflı
İlham Əliyev Yəmənin vitseprezidenti ilə görüşüb like
  • 14 Noy 14:15  
Siyasət İlham Əliyev Yəmənin vitseprezidenti ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Əməkdar artist Nanənin verilişini like
  • 14 Noy 14:14  
Şou-biznes Əməkdar artist Nanənin verilişini

Əməkdar artist İlkin Əhmədov "7 Tamam" proqramında üçüncü

arrow Ətraflı
Prezident nepallı həmkarı ilə görüşüb like
  • 14 Noy 14:13  
Siyasət Prezident nepallı həmkarı ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Dünyada ən çox istifadə edilən like
  • 14 Noy 14:08  
Digərləri Dünyada ən çox istifadə edilən

Kibertəhlükəsizlik şirkəti dünyada ən çox istifadə edilən şifrləri�

arrow Ətraflı