"Bakıda keçirilən COP29 konfransı olduqca böyük əhəmiyyətə malikdir"
Digərləri 14 Noy 2024 09:52:00 108 0
Son.az COP29 çərçivəsində Trend BİA-nın "COP for Hope" adlı xüsusi layihəsini təqdim edir.
Bu xəbəri də oxu: COP29un onbirinci günündən
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz "Humana People to People" təşkilatının COP29-da təmsilçisi Cesper Vohlertdir.
O, Trend-ə açıqlamasında bildirib ki, problemlərin həll edilməsi üçün ilk növbədə dialoq zəruridir. Bu baxımdan Bakıda keçirilən COP29 konfransı olduqca böyük əhəmiyyətə malikdir.
O qeyd edib ki, dialoq olmadan problemlərin də həllini tapmaq mümkün deyil.
"Bu baxımdan konfransda faydalı müzakirələrin aparılacağını, problemlərin həll yollarının tapılacağını düşünürəm. Azərbaycan bu konfransa ev sahibliyi etməklə geniş müzakirələrin aparılmasına imka yaradır və qlobal müstəvidə mühüm töhfə vermiş olur", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Bəzi avtomobillər var idi ki, illər əvvəl çox populyar idi. Ekonomluğuna
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
Son.az COP29 çərçivəsində Trend BİA-nın "COP for Hope" adlı x�
Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, bi
Azərbaycan Mərkəzi Bankı (AMB) 14 noyabr tarixindən etibarən valyuta məz�
COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətl�
Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda t
COP29 çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdır�
"Kişilər ağlayanda xoşum gəlir. Onların da ürəyi ətdəndir. Bir do
Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 tədbir
Bu gün COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günü (Clim
Paris prokurorluğu "Milli Birlik" siyasi partiyasının lideri Marin
"Son illərdə daha çox insan qənaət baxımından və ya ətraf mühitə