Bazarı "ölən" 5 maşın
Digərləri 14 Noy 2024 09:44:00 98 0
Bəzi avtomobillər var idi ki, illər əvvəl çox populyar idi. Ekonomluğuna görə digər firmaların satışlarını alt-üst etmişdilər. Onlara o qədər tələb var idi ki, qiymətləri həddən artıq şişirdilirdi. Məhz son aylarda bu avtomobillərin qiyməti kəskin düşüb. Çünki, tələb yoxdur. Əsasən ekonom olduğu üçün alıcıların diqqətini çəkən bu maşınların daha müasir və ekonom rəqibləri çıxdığı üçün onların populyarlığı itib.
Bu xəbəri də oxu: Bakıda hansı avtobus marşrutunun fəaliyyəti bərpa edilir?
Kİa Rio
Ötən ilə qədər kifayət qədər satışı güclü olan bu modelə son aylarda tələb kəskin azalıb. Taksilərlə bağlı yeni qaydaların tətbiqi, dizelin qiymətinin qalxması onların satışına mənfi təsir edib. Satışın azalması da qiyməti daha da ucuzlaşdırır.
Hyundai Elantra
"Kasıbların yol yoldaşı" hesab edilən bu model də son aylarda populyarlığını itirənlər sırasındadır. Zəif səs izolyasiyası, aşağı keyfiyyətli, komfort cəhətdən natamam olan Elantra hibrid və elektrikli rəqiblərindən çox geri qalıb. Koreyadan gətirilmiş yürüşüyü çəkilmiş Elantralar, ABŞ-dən alınan qəzalı maşınlar o qədər çoxalıb ki, seçim çoxdur, lakin alıcı tapılmır.
Hyundai Avante
Elantra ilə oxşar görünüşə sahib olan bu model dizel mühhərikli olsa da, robot sürətlər qutusu səbəbindən onun alıcılıq qabiliyyəti olduqca aşağı düşüb. Üstəlik, dizellə bağlı verilə biləcək qərarlar da alıcıların bu modeldən "qaçması"na gətirib çıxarır.
Kia Cerato
Avtomobil həvəskarları bilir ki, Hyundai ilə Kia fərqli bədəndə eyni ruh kimidir. Yəni, Elantra ilə bağlı yuxarıda yazılanlar bu model üçün də keçərlidir.
Honda İnsight
Hibrid olsa belə ehtiyat hissələrinin bahalığı bu modelə diqqəti azaldır. Avtomobilin görünüşünün də uğursuz seçilməsi avtomobilin alıcılıq qabilliyyətini düşürür.
Qeyd edək ki, qiymətlərdə düşüş əsasən ekonom maşınlarda müşahidə olunur. Performansa üstünlük verən şəxslər yenə də yuxarı həcmli mühhərikə sahib avtomobillər almağa davam edir. Lakin, onların da bazarı əvvəlkinə nisbətən "ölüb".
İslam Son.az
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
Son.az COP29 çərçivəsində Trend BİA-nın "COP for Hope" adlı x�
Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, bi
Azərbaycan Mərkəzi Bankı (AMB) 14 noyabr tarixindən etibarən valyuta məz�
COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətl�
Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda t
COP29 çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdır�
"Kişilər ağlayanda xoşum gəlir. Onların da ürəyi ətdəndir. Bir do
Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 tədbir
Bu gün COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günü (Clim
Paris prokurorluğu "Milli Birlik" siyasi partiyasının lideri Marin
"Son illərdə daha çox insan qənaət baxımından və ya ətraf mühitə
"TikTok"un dünya trendlərinə düşən azərbaycanlı idmançı Emin