COP29 yüksək səviyyədə təşkil edilib Meder Maşiyev
Digərləri 14 Noy 2024 09:41:00 110 0
Son.az COP29 çərçivəsində Trend BİA-nın "COP for Hope" adlı xüsusi layihəsini təqdim edir.
Bu xəbəri də oxu: Ağdamda 23 yaşlı qız
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevdir.
O, Trend-ə açıqlamasında bildirib ki, COP29 yüksək səviyyədə təşkil edilib.
Nazir qeyd edib ki, bu böyük qlobal toplantının indi Azərbaycan torpağında keçirilməsindən şaddırlar.
"Bu gün Azərbaycan qlobal problemlə - iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bütün dünya xalqlarının bütün nümayəndələrini birləşdirir.
"Biz də ölkə olaraq burada pavilyon təşkil etdik. Biz burada işləyirik, burada müxtəlif qurumlarla həmin regional problemləri müzakirə etmək üçün yaxşı imkanlar var.
İqlim dəyişikliyi ilə mübarizədə fərqli maraqlar üzrə əməkdaşlıq etməyimiz vacibdir",- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, bi
Azərbaycan Mərkəzi Bankı (AMB) 14 noyabr tarixindən etibarən valyuta məz�
COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətl�
Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda t
COP29 çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdır�
"Kişilər ağlayanda xoşum gəlir. Onların da ürəyi ətdəndir. Bir do
Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 tədbir
Bu gün COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günü (Clim
Paris prokurorluğu "Milli Birlik" siyasi partiyasının lideri Marin
"Son illərdə daha çox insan qənaət baxımından və ya ətraf mühitə
"TikTok"un dünya trendlərinə düşən azərbaycanlı idmançı Emin
ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp ədliyy
Müğənni Elçin Cəfərovun oğlu Canın rəsmlərinin də yer aldığı sərg