COP29 “Daily Show” televiziya proqramına start verir
Digərləri 10 Noy 2024 18:57:00 125 0
Noyabrın 11-dən etibarən, COP29-un Böyük Britaniyanın "Hi Impact" yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan "Daily Show" televiziya proqramının canlı yayımına başlanılacaq.
Bu xəbəri də oxu: Bu cihaz avtomobilləri qəzalardan qoruyur
Trend xəbər verir ki, qlobal auditoriyanın diqqətinin bu ilin ən əlamətdar hadisəsi olan 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik "Daily Show" televiziya proqramında tədbirin gündəlik hadisələri işıqlandırılacaq. Həmçinin, dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar.
"Daily Show" proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcəkdir.
Bu formatda ilk dəfə yayımlanan "Daily Show" proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan - "Hi Impact" ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.
Qeyd edək ki, COP29-un Yaşıl Zonasında xüsusi olaraq yaradılan studiyadan yayımlanacaq proqrama aparıcı qismində Avropa, Yaxın Şərq və Asiya regionlarının telekanallarında yayımlanan xəbərlər və müsahibə verilişləri sahəsində zəngin təcrübəyə malik jurnalist və beynəlxalq aparıcı Rozanna Lokvud cəlb olunub. O, "News UK", "Prime Time with Rosanna Lockwood'" kimi verilişlərin aparıcısı olub.
Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi BMT-nin İqlim Dəyişikliyi �
Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi noyabrın 10-da BMT-
Yaddaşı və beyin fəaliyyətini gücləndirməyə kömək edən bir çox qida
Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta BMT-nin İqlim Də
Sentyabr ayında Toyota Corolla Tesla Model Y elektrik avtomobilini keçərək 2
Bir çox dünya ulduzları dünyanın ən məşhurları hesab olunur, xüsusən
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarını
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev beynəlxalq sammitl
Meksikanınn Keretora ştatının eyniadlı şəhərindəki barlardan birində s
Bitki çayları bir çox faydalı xüsusiyyətlərə malikdir, xüsusilə həzm
Bir zamanların reytinqli serialı "Üvey Baba"nın aktyoru Şemsi İn
Bakının daha bir küçəsində mikromobillik imkanları genişləndirilir.
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.
Vazokonstriktor burun damcılarına alışmaq təhlükəli nəticələrə səbə