Hamının evində ola bu tərəvəz cinsi fəaliyyəti
Digərləri 01 Noy 2024 08:34:00 77 0
Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur.
Bu xəbəri də oxu: Bu Mayeqazdoldurma məntəqəsinin fəaliyyəti DAYANDIRILDI
Son.az viral.az-a istinadla kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edir:
1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaramasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, mədə trampları, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də, rəngi yaşıllaşmış və cücərmiş kartof sağlamlığınız üçün çox təhlükəlidir.
2. Tərkibində fosfor olduğu üçün kişilərin cinsi fəaliyyətini artırır.
3.Hava kirliliyi, radiasiya kimi kimyəvi zəhərlənmələrdən qanı təmizləyir və hüceyrələri bərpa edir.
4. Kartofun 2 növü var. Birinci növün rəngi sarıdır. İkincisi isə yaşıldır. Rəngi yaşıl olan kartof Avropada heyvan yemi kimi istifadə edilir.
5. Bu məhsulu gün işığından uzaqda saxlamasanız, tərkibindəki "B" və "K" vitaminlərini itirə bilər.
6. Kartofda rast gəlinən manganez qadın dərisinin "dostudur". Bu dəyərli tərəvəz ancaq yeməklə deyil, kremlər və maska yolu ilə də qadın dərisini yeniləyir. Üzü qırışlardan azad edir və ölmüş hüceyrələri uzaqlaşdırır.
7. Peru bu gün kartofun paytaxtı kimi qəbul edilib. Ən böyük istehsalçı olmasa da, ən çox forma, rəng və çeşidi bu ölkədədir. Ən böyük istehsal və istehlakçı isə Çindir.
8. Kartofun içində olan vitaminlər xəstəliklərdən qoruyur. Ancaq avropalılar bu məhsulu tanısalar da, ondan tez bir zamanda istifadə etməyiblər. Xristianlar "İncil"də yer almadığı üçün kartof və çörəyi rədd edib, şeytanın yeməyi olaraq qiymətləndiriblər. Xüsusilə isveçrəlilər onu nə əkib-becərib, nə də yeyiblər. Hətta bu gün belə bəzi bölgələrdə bu səbəbdən kartof yeyilmir.
9. Yetişdirilməsi çox asan, saxlanması isə çox çətin qidadır. Xüsusilə 4 dərəcədən yüksək istilikdə saxlanılmalıdır. Əks təqdirdə içindəki nişasta şəkərə çevrilir və dadı dəyişir. İdeal saxlama dərəcəsi 7-10 dərəcədir.
10. Tərkibinin 75%-i sudur. 250 qram kartof qaynadılanda sadəcə 110 kalori verir. Dünyada hər bir insan il ərzində 33 kq kartof yeyir. Belaruslar bir ildə adambaşına 181 kq kartof yeyir ki, bu da gündə təxminən yarım kiloqram deməkdir.
11. Yüksək təzyiq və ürək üçün çox yaxşıdır. Eyni zamanda, antioksidandır. Tərkibindəki potansiyum banan, ispanaq və brokolidən daha çoxdur. Kartofu yağda qızartmaq belçikalıların ideyası olub. Ancaq amerikalılar bunu dünyaya "fransız qızartması" olaraq tanıdıb. Kartof qızartmasını Ağ Evə ilk qəbul edən prezident 1801-1809-cu illər ərzində hakimiyyətdə olan Tomas Ceferson olub.
12. 1982-ci ildə 4 kiloqramlıq bir kartof yetişdirilib və bu, Ginnesin Rekordlar kitabına düşüb. 1995-ci ildə NASA tərəfindən kosmosda kartof yetişdirilib. 1897-1898-ci illərdə Alyaskaya olan qızıl hücumu ərəfəsində bu qida qızıl qədər qiymətli olub. Çünki həmin ərazilərdə ondan başqa yeyiləcək heçnə tapılmayıb. Dünya restoranlarının hamısının menyusunda badımcan, bibər tapa bilməzsiniz, ancaq kartof mütləq var. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə
"Müxalifətin saxtakarlıqla bağlı ittihamlarına baxmayaraq, Gürcüsta
Bir neçə gün öncə Bakıda luks avtomobillərdən ibarət toy karvanı böy�
"Quotezone" sığorta şirkətinin mütəxəssisləri sosial şəbək�
Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında
Türkiyənin məşhur "Möhtəşəm yüz il" serialının ulduzu Merye
Uzunömürlülüklə bağlı məsləhətləri ilə tanınan yazıçı Deyv Aspre
XVII əsrdə yaşamış britaniyalı alim İsaak Nyutonun hesablamalarına gör�
Bəzi bürclər üçün yaxın gələcək çətinliklərin başlanğıc dövrü
"Telegram" mesenceri video platforma olmaq yolunda ilk addımını at�
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborato
ABŞ COP 29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Macarıstanın Baş naziri Viktor Orban avropalı siyasətçilərin Moskva ilə
Türkiyəli aktyorlar Belçim Bilgin və Onur Tuna tərəf müqabili olublar.