Azərbaycanda yeni tibbi ixtisas
Digərləri 01 Noy 2024 11:13:00 69 0
Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecində respublikamızda ilk dəfə olaraq 2024/2025-ci tədris ilindən etibarən "Optometriya" ixtisası üzrə kadr hazırlığı aparılır.
Bu xəbəri də oxu: Kapital Bankdan qızların təhsilinə dəstək: “Arzumuz var” sloqanı ilə təqaüd proqramına start verilir
Son.az xəbər verir ki, bu ixtisası üzrə kadr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilən "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"ndakı dəyişikliklərə əsasən həyata keçirilir.
Bununla əlaqədar, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirliyin 1 nömrəli Bakı Tibb Kollecində müasir avadanlıqlarla təchiz olunmuş xüsusi otaq yaradılıb.
Optometriya tibb elminin bir sahəsi olan oftalmologiya ilə yanaşı, gözün tibbi müayinəsi ilə bağlı iki ixtisasdan biridir. Optometrist görmə qabiliyyətini qiymətləndirmək və görmə korreksiyası vasitələrini təyin etmək üzrə ixtisaslaşan orta səviyyəli səhiyyə işçisidir. Bundan əlavə, optometrist ilk tibbi yardım göstərə bilər (məsələn, göz zədələndikdə, qum, həşərat kimi yad cisimlərin düşdüyü zaman və s.). Görmə orqanlarının ciddi göz patologiyaları aşkar edilərsə, optometrist xəstəni həkim-oftalmoloqa göndərir.
"Hyundai" yeni "Inster" yolsuzluq avtomobilini təqdim edib.
Xəbər verdiyimiz kimi, oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi ra
Tez-tez dünyanın müxtəlif bölgələrindən paylaşımları ilə diqqət ç�
Almaniyanın "Porsche" avtomobil şirkəti disklərində mərkəzi kil
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Zoğal tərkibində yüksək C vitamini olan, antioksidanlarla zəngin meyvələ
Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub.
Azərbaycanda atraksiyon işlədən şəxsi bıçaqlayan oğlan saxlanılıb.
Hər bir bürc sərvət toplamaq potensialına malikdir, amma bəzi bürclər mi
Saatlıda ev quşları və 10 baş xırdabuyunuzlu heyvan oğurlayan şəxs saxl
Miqrenləri adi baş ağrılarından fotofobiya və ürəkbulanma əlamətləri
Təkliflər təqdim olunduqdan sonra konkret artım faizlərinin müzakirəsi m�
COP29-da qəbul ediləcək yeni iqlim maliyyəsi hədəfi real, icrası mümkün