Bakının bu ərazilərində söküntü işləri aparılacaq: Sakinlərə bu qədər
Digərləri 01 Noy 2024 13:16:00 55 0
Bakıda bəzi ərazilərdə söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərətəbəli binalar inşa olunacaq.
Bu xəbəri də oxu: Kapital Bankdan qızların təhsilinə dəstək: “Arzumuz var” sloqanı ilə təqaüd proqramına start verilir
Son.az baku.ws-ə istinadən xəbər verir ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.
Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib.
Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinay�
Mərkəzi Bankın İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi a
"Gossip girl" filminin ulduzu Ed Vestvik ata olacaq.
Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycan�
"Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyi
Türkiyədə maraqlı hadisə baş verib.
"Azərbaycanda həkim çatışmazlığı var, onlar işləməyə xaricə ü
"Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun barəsində olan hö
Azərbaycanda alkoqollu içkilərin qiymətinin artacağına dair yeni dəyişik
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Dəmiryol Vağza
Tacikistanda "GTA" və "Counter Strike" oynamaq qadağan edi