KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib
Digərləri 28 Okt 2024 18:11:00 121 0
Cari ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes plan hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib.
Bu xəbəri də oxu: Kiflənmiş çörəyi yemək olar?
Bu biznes planlar Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur. Biznes planların əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlardan 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1555 biznes planın hazırlanmasına dəstək göstərib.
Qeyd edilib ki, KOBİA tərəfindən biznes planın hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş Agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB inkişafı mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planın hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planın hazırlanmasına dəstək təmin olunur.
İnsanlar arasında ən çox bəyənilən "iPhone" modelləri tez-tez
Hazırda hərbi eskalasiya təhlükəsi yoxdur, sərhəddə vəziyyət nisbətə
Xalq artisti Faiq Ağayev sosial şəbəkələrlə bağlı açıqlama verib.
Türkiyənin Bitlis vilayətinin Ahlat, Güroymak və Tatvan rayonları sərhəd
"Bir torpağım vardı. Onu da oğurladılar. O torpağı üç nəfər apar
Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ər
2024-cü ilin sonunda Ermənistanın dövlət borcunun ÜDM-yə nisbəti 49,8% o
İlham Namiq Kamalın 75-illik yubiley yaradıcılıq axşamı Heydər Əliyev s
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə r
ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynadakı münaqişənin həll
Gürcüstandakı seçkilərin nəticələri bir sıra ölkələri narahat edir.