Leyla Əliyeva Sumqayıtda tədbirdə iştirak edib
Digərləri 28 Okt 2024 18:43:00 118 0
Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Ülviyyət" adlı tədbir keçirilib.
Son.az xəbər verir ki, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib.
Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub. Tədbir çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya sərgisi də təşkil edilib.
Bundan əlavə, şəhid övladlarından ibarət "Zəfər sədası" xor qrupunun ifasında səsləndirilən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.
Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin və şəhid ailələrinin üzvlərinin cəmiyyətə daha çox inteqrasiyasına, onların inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına xidmət edir.
Muğam ifaçısı Mirələm Mirələmov "Bir gün" verilişində qonaq
Əməkdar artist Zaur Əmiraslanov qalmaqallı açıqlamalar verib.
Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti oktyabr
Son.az yeni iş həftəsi ilə bağlı bürc proqnozlarını təqdim edir:
Cari ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentl
İnsanlar arasında ən çox bəyənilən "iPhone" modelləri tez-tez
Hazırda hərbi eskalasiya təhlükəsi yoxdur, sərhəddə vəziyyət nisbətə
Xalq artisti Faiq Ağayev sosial şəbəkələrlə bağlı açıqlama verib.
Türkiyənin Bitlis vilayətinin Ahlat, Güroymak və Tatvan rayonları sərhəd
"Bir torpağım vardı. Onu da oğurladılar. O torpağı üç nəfər apar
Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ər
2024-cü ilin sonunda Ermənistanın dövlət borcunun ÜDM-yə nisbəti 49,8% o