Saxta "stomatoloq"lar Bakıda "at oynadırlar"


Digərləri 28 Okt 2024 19:45:00 129 0

Saxta "stomatoloq"lar Bakıda "at oynadırlar"

"Bakı şəhərindəki bir çox klinikalarda heç bir tibbi təhsili olmayan şəxslər stomatoloq kimi fəaliyyət göstərirlər".

Bu xəbəri də oxu: Dollar almaq istəyənlərin

Son.az oxu.az-a istinadən xəbər verir ki, belə bir iddia sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, onlar paytaxt ərazisində və eləcə də Abşeron rayonunun Xırdalan şəhəri və Masazır qəsəbəsində fəaliyyət göstərirlər.

"Bu "stomatoloq"ların 90%-i saxta diplomludur və hazırda da gizli fəaliyyətlə məşğul olaraq pasiyentləri aldatmaqla məşğuldur. Onlar xəstələri aldadaraq öz maddi mənafelərini güdürlər", - deyə iddiada bildirilir.

Stomatoloq kimi məsuliyyətli bir peşədə çalışmaq üçün mütləq ali tibbi təhsil və lisenziya tələb olunur. Əks halda xəstələrin həyatı ciddi təhlükə altına düşə bilər. O zaman bu iddia nə dərəcədə doğru ola bilər?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunan qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.

"Həkim-mütəxəssislərin, o cümlədən həkim-stomatoloqların ixtisası üzrə tibbi praktiki fəaliyyətinə dair vəzifəyə təyini "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında" 1 sentyabr 2008-ci il tarixli 119 nömrəli Əmrlə tənzimlənilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunan qaydada yaradıla bilər.

Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər.

Yerli dövlət orqanlarının müraciətlərində, KİV-də və vətəndaşların rəsmi şikayət ərizələrində qeyd olunan məsələnin ətraflı araşdırılması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, uyğun müəssisələrdə tərəfimizdən plandankənar (növbədənkənar) yoxlamalar keçirilir və aşkar olunan faktlar əsasında inzibati xəta haqqında tənbeh tədbiri seçilərək tərtib edilən yoxlama materialları aidiyyəti üzrə növbəti icraata göndərilir.

Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətlərini Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt" (012-596-05-20) nömrəsinə , www.pharma.az saytının "Müraciət" bölməsinə və ya [email protected] elektron ünvanına bildirməlidirlər", - deyə məlumatda vurğulanır.

Çinə gedən almaniyalı nazir hava limanında like
  • 28 Okt 19:38  
Dünya Çinə gedən almaniyalı nazir hava limanında

Çinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku hava li

arrow Ətraflı
"O vaxt kanalda ən yüksək maaşı  8 min manat alırdım" like
  • 28 Okt 19:30  
Şou-biznes "O vaxt kanalda ən yüksək maaşı 8 min manat alırdım"

"1998-ci ildən televiziyadayam. ATV-də veriliş aparanda ən məşhur dö

arrow Ətraflı
COP29da Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olacaq  VİDEO like
  • 28 Okt 19:21  
Digərləri COP29da Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olacaq VİDEO

Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əl

arrow Ətraflı
"Gürcüstanda səsvermə başa çatıb, lakin seçkilər bitməyib" like
  • 28 Okt 19:19  
Dünya "Gürcüstanda səsvermə başa çatıb, lakin seçkilər bitməyib"

Gürcüstanda səsvermə başa çatıb, lakin seçkilər bitməyib.

arrow Ətraflı
Xalq artisti: "Ağır depressiya düşdüm, hər şey ola bilərdi" like
  • 28 Okt 19:11  
Şou-biznes Xalq artisti: "Ağır depressiya düşdüm, hər şey ola bilərdi"

"Darıxanda, depressiyaya düşəndə sosial şəbəkədə canlı yayıma �

arrow Ətraflı
Ərdoğan nazirlərlə son vəziyyəti müzakirə edir like
  • 28 Okt 19:08  
Digərləri Ərdoğan nazirlərlə son vəziyyəti müzakirə edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabine

arrow Ətraflı
Məşhur model təcili əməliyyat olundu  FOTO like
  • 28 Okt 19:00  
Şou-biznes Məşhur model təcili əməliyyat olundu FOTO

Tolgahan Sayışmanın həyat yoldaşı Almeda Abazi ölümdən dönüb.

arrow Ətraflı
Vatsapda daha bir like
  • 28 Okt 18:52  
Digərləri Vatsapda daha bir

Android əməliyyat sistemi ilə işləyən cihazlarda vatsapda yeni funksiya ya

arrow Ətraflı
Prezident özbəkistanlı həmkarını təbrik edib like
  • 28 Okt 18:46  
Siyasət Prezident özbəkistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

arrow Ətraflı
Sabah bu ərazidə like
  • 28 Okt 18:45  
Digərləri Sabah bu ərazidə

Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik ener

arrow Ətraflı
Leyla Əliyeva Sumqayıtda tədbirdə iştirak edib like
  • 28 Okt 18:43  
Digərləri Leyla Əliyeva Sumqayıtda tədbirdə iştirak edib

Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı il�

arrow Ətraflı
"Dişim üçün getdim, amma ayağımı itirdim" like
  • 28 Okt 18:37  
Digərləri "Dişim üçün getdim, amma ayağımı itirdim"

Türkiyədə qəribə hadisə baş verib.

arrow Ətraflı
Anası Mirələm Mirələmov üçün göz yaşı tökdü  VİDEO like
  • 28 Okt 18:34  
Şou-biznes Anası Mirələm Mirələmov üçün göz yaşı tökdü VİDEO

Muğam ifaçısı Mirələm Mirələmov "Bir gün" verilişində qonaq

arrow Ətraflı
Əməkdar artist: "Onlar üçün müğənnidən motal iyi gəlməlidir"  VİDEO like
  • 28 Okt 18:22  
Şou-biznes Əməkdar artist: "Onlar üçün müğənnidən motal iyi gəlməlidir" VİDEO

Əməkdar artist Zaur Əmiraslanov qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Laçına getmək istəyənlərin nəzərinə! like
  • 28 Okt 18:21  
Digərləri Laçına getmək istəyənlərin nəzərinə!

Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti oktyabr

arrow Ətraflı