Tikinti materiallarının bahalaşması evlərin qiymətini


Digərləri 26 Okt 2024 12:09:00 147 0

Tikinti materiallarının bahalaşması evlərin qiymətini

Ekspert: "Taxtanı Rusiyadan idxal edirik, payızda istehsalçılarımız meşə zolağına girə bilmir, ona görə..."

Bu xəbəri də oxu: Banka əmanət yerləşdirərkən

Son günlər tikinti materialları bazarında qiymət artımı ilə bağlı ajiotaj var. Qeyd edilir ki, havaların soyuması tikinti bazarına da təsir edib. Satıcılar qeyd edir ki, son günlər alıcı qıtlığı yaşanır. Taxtanın qiyməti 380-420 manat təşkil etdiyi qeyd edilir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin iyun ayında açıqladığı məlumatda bildirilir. Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb.

Bahalaşma isə ən çox parket (8,3%), sulu boya (8%), pəncərə şüşəsi (5,5%) və divar kağızlarında (5,3%) müşahidə olunub. İllik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırıcısı aylıq müqayisədə bahalaşıb. Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir. Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb. Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib. Parketin, kanalizasiya borusunun, polietilen su borusunun və parket üçün lakın qiymətində son bir ayda heç bir dəyişiklik olmayıb.

2023-cü ildə  Azərbaycanda 1 milyon 180,3 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.  bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada 3,725 milyon ton sement (artım 4,6%), 31,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 37,5%), 159,3 min ton asfalt (azalma 27,2%), 616,7 min kubmetr tikinti kərpici (azalma 19,1%) və 8,807 milyon kvadratmetr tikinti şüşəsi (artım 12,9%) istehsal edilib.

Bundan başqa, 3,869 milyon ton sement klinkeri (artım 36,9%), 85 min ton tikinti gipsi (artım 98,1%), 4,054 milyon ton hazır beton qarışığı (azalma 7,6%) və 44 min ton tikinti əhəngi (azalma 5%) istehsal edilib.

2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur. 

Ekspertlər qeyd edir ki, tikinti bazarında bahalaşma Rusiya və Ukrayna arasında müharibə başlayandan vüsət alıb. Bahalaşma Azərbaycana inşaat materiallarının gətirilməsində yaranmış problemlərdən qaynaqlanıb. Bunda sonra dövrü olaraq bu bahalaşma davam edib. Aparılan təhlillərə əsasən, yerli istehsal artıb və bunun nəticəsində inşaat materiallarının qiymətlərində müəyyən stabillik yaranıb. Məsələn, sement,  armatur, metal listlər, mişar daşı və bu növ digər inşaat materiallarının qiymətlərində uzunmüddətli stabillik müşahidə edilir.  Amma kənardan alınan materialların qiymətində artım təbiidir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, tikinti materiallarının tikintinin maya dəyərində ümumi payı təqribən 40-45 civarında dəyişir: "Təbii ki, tikinti materiallarının qiymətinin əhəmiyyətli dərəcədə azalması və artması tikinti bazarında maya dəyərində artım və azalma ilə nəticələnir. Nəticədə də tikinti şirkətləri öz satış qiymətlərinə müvafiq dəyişikliyi edirlər. Bu da təbiidir, bazarın tələbindən irəli gələn addımlardır. O ki qaldı bəzi tikinti materiallarının bahalaşmasına, bəzisinin isə ucuzlaşmasına, idxal edilən tikinti materiallarının satış qiymətini tikinti materiallarını satanlar istədikləri kimi tənzimləyə bilmirlər. Çünki bu idxal edilən xərclərlə birbaşa bağlıdır. Ona görə qiymətləri adətən idxaldan asılı olur. Amma daxildə istehsal edilən tikinti materiallarının qiyməti isə həmin tikinti materialları istehsal edən şirkətlərin bazar marjasından asılı olaraq korrektə edə bilirlər. Maksimum 15 faiz azalda yaxud da artıra bilirlər. Ona görə bazarda tələb olmayanda daxildə istehsal edilən tikinti materiallarında müəyyən qədər ucuzlaşma müşahidə edilir. Amma idxal edilən tikinti materiallarında isə yox. Qaldı ki, bahalaşmanın səbəbinə, indi payız mövsümüdür, taxtanı Rusiyadan idxal etdiyimiz üçün orada yağış və qarın intensiv yağan vaxtıdır. İstehsalçılar meşə zolağına giri bilmirlər. Demək olar ki, taxta materialının istehsal həcmi də aşağı düşür və bazarda müəyyən defisit yaranır, son nəticədə qiymətlərin artımına gətirib çıxarır. Taxta materiallarının qiymət artımı hər il payızda bu səbəbdən müşahidə edilir".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının cüzi ucuzlaşması və bahalaşması mənzilin hər kvadratmetrində 30-50 manat civarında fərq edir: "Tikinti materialları cüzi ucuzlaşandan bəri qiymətlər hər kvadratmetrə 200-500 manata qədər bahalaşıb. Qiymətlərin artımına əsas səbəb odur ki, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi qalmayıb. Satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikinti şirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır. Çünki bunun özü dövlət layihəsidir. Tikinti materiallarının ucuzlaşması həyət evlərinin də qiymətlərinə təsir etməyib. Həyət evləri də kəskin bahalaşıb. Əsas səbəb isə ev tikintisi üçün yararlı torpaqların azalmasıdır. Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyə yararlı torpaqların qiymətinin baha olmasıdır".

Azərbaycanda 92 yaşlı qadın faciəvi şəkildə öldü like
  • 26 Okt 12:02  
Digərləri Azərbaycanda 92 yaşlı qadın faciəvi şəkildə öldü

Ağcabədidə dəm qazından zəhərlənən 92 yaşlı qadın ölüb.

arrow Ətraflı
Ad gününü əri ilə LosAncelesdə keçirdi  FOTOlar like
  • 26 Okt 11:44  
Şou-biznes Ad gününü əri ilə LosAncelesdə keçirdi FOTOlar

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada

arrow Ətraflı
Xarici səyyahlar Şuşada!  FOTO like
  • 26 Okt 11:43  
Digərləri Xarici səyyahlar Şuşada! FOTO

"Belçika vətəndaşı Yves Bouvie başçılıq etdiyi Böyük Britaniyan�

arrow Ətraflı
"Zerda"nın qəhrəmanı 5ci dəfə evləndi  Nikah şahidi "Çakır" oldu  FOTO like
  • 26 Okt 11:28  
Şou-biznes "Zerda"nın qəhrəmanı 5ci dəfə evləndi Nikah şahidi "Çakır" oldu FOTO

Bir zamanların məşhur seriallarından olan "Zerda"nın baş rol ifa

arrow Ətraflı
DYPdən piyadalara like
  • 26 Okt 10:50  
Digərləri DYPdən piyadalara

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara mürac

arrow Ətraflı
İran uçuşları bərpa etdi like
  • 26 Okt 10:46  
Digərləri İran uçuşları bərpa etdi

İranda uçuşlar yerli vaxtla saat 09:00-da bərpa edilib.

arrow Ətraflı
Əməkdar artist özünə BAHALI MAŞIN aldı  VİDEO like
  • 26 Okt 10:37  
Şou-biznes Əməkdar artist özünə BAHALI MAŞIN aldı VİDEO

Əməkdar artist Elnarə Abdullayeva özünə bahalı hədiyyə edib.

arrow Ətraflı
Türkiyədə çəkdirdiyi klipi silindi, illər sonra yenidən təqdim olundu  VİDEO like
  • 26 Okt 10:35  
Şou-biznes Türkiyədə çəkdirdiyi klipi silindi, illər sonra yenidən təqdim olundu VİDEO

Xalq artisti Röya Ayxan və ifaçı Rüfət Axundov uzun zamandır gözlənil�

arrow Ətraflı
Ermənistanın Fransadakı yeni səfiri like
  • 26 Okt 10:29  
Dünya Ermənistanın Fransadakı yeni səfiri

Ermənistan Fransaya yeni səfir təyin edib.

arrow Ətraflı
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başladı  FOTO like
  • 26 Okt 10:28  
Digərləri Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başladı FOTO

Bu gündən Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik

arrow Ətraflı
Elektrikli "Gelandewagen"i alan yoxdur  Şirkət rəhbəri like
  • 26 Okt 10:21  
Digərləri Elektrikli "Gelandewagen"i alan yoxdur Şirkət rəhbəri

Əfsanəyə çevrilən marka "Gelandewagen"in elektrikli modelinin ist

arrow Ətraflı
Çaya bal əlavə etmək olmaz – like
  • 26 Okt 10:20  
Digərləri Çaya bal əlavə etmək olmaz –

Bir çoxları çaya bal əlavə etməyi sevir. Bunu daha çox zərərli şəkər

arrow Ətraflı
Müavinət və pensiya alanların like
  • 26 Okt 10:19  
Digərləri Müavinət və pensiya alanların

Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqa

arrow Ətraflı
Bakıda kişi faciəvi şəkildə öldü like
  • 26 Okt 10:13  
Digərləri Bakıda kişi faciəvi şəkildə öldü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Ancelina Coli və Haluk Bilginer bir arada  Filmdən maraqlı like
  • 26 Okt 10:05  
Şou-biznes Ancelina Coli və Haluk Bilginer bir arada Filmdən maraqlı

Baş rollarda Haluk Bilginer və Ancelina Colinin çəkildiyi Maria filmindən y

arrow Ətraflı