Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başladı FOTO
Digərləri 26 Okt 2024 10:28:00 99 0
Bu gündən Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Bu xəbəri də oxu: Türkiyədə robot müəllim oldu Şagirdlərə belə dərs keçir VİDEO
Son.az Trend-ə istinadən xəbər verir ki, onların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub.
Qrupa "Piki Reels" klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.
Əfsanəyə çevrilən marka "Gelandewagen"in elektrikli modelinin ist
Bir çoxları çaya bal əlavə etməyi sevir. Bunu daha çox zərərli şəkər
Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqa
Baş rollarda Haluk Bilginer və Ancelina Colinin çəkildiyi Maria filmindən y
Ermənistanda hökumət binasının qarşısında dayanaraq özünü desantçı
Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez heç bir öhdəlik götürmədən
İnsanda hipertoniya xəstəliyi riski müəyyən yaşdan sonra artır.
İsrail özünümüdafiə məqsədi ilə və Tehranın 1 oktyabr hücumuna cavab
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament seçkilərində
Tanınmış aparıcı Vüsalə Əlizadə paylaşımına görə tənqid hədəfi
"MoneySupermarket Science of Scare" şirkəti ən dəhşətli qorxu fi
İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynə
İran İsrailin zərbələrinə proporsional cavab verməyə hazırdır.
"Uşaqların doğum ayı onların zəka inkişafına təsir edir".