Elektrikli "Gelandewagen"i alan yoxdur Şirkət rəhbəri
Digərləri 26 Okt 2024 10:21:00 148 0
Əfsanəyə çevrilən marka "Gelandewagen"in elektrikli modelinin istehsalı avtomobil həvəskarları tərəfindən uğurlu addım kimi qiymətləndirilməyib. Bloqerlər avtomobili şərh edərkən əfsanəvi V8 performansı və səsi üçün darıxacaqlarını bildiriblər.
Bu xəbəri də oxu: Dollar almaq istəyənlərin
Ümumiyyətlə, avtomobil dünyasında elektrik enerjisinə keçid mövzusu çox müzakirə olunur və bir çoxları elektromobillərin ətraf mühit üçün həqiqətən faydalı olub-olmaması və ya tam keçidin baş verib-verməyəcəyi barədə müzakirələr aparırlar.
Mercedes-AMG CEO-su Michael Schiebe ( Maykl Şiib ) isə bloqerlərdən fərqli fikirdədir. O, düşünür ki, alıcılar "Gelandewagen"ni sadəcə performansına görə almayıblar. Mercedes-AMG CEO-su Michael Schiebe inanır ki, AMG modellərini alanlar bunu V8 mühərriklərinə görə etmir və elektrik mühərriklərinin də müştərilər tərəfindən müsbət qarşılanacağını düşünür. Mercedes-AMG CEO-su Michael Schiebe insanların AMG-yə mühərriklərə görə yox, daha çox onun təqdim etdiyi "inkişaf etmiş texnologiyaya" görə gəldiyini düşünür.
"Daha bir əfsanəni itirdik" - Elektrikli "Gelandewagen" satışa çıxarıldı - VİDEO Avtomobil almaq istəyənlərin nəzərinə! - Benzin yoxsa elektriklə işləyən yaxşıdır? 2025-ci ildə bu avtomobilləri həmişəlik itirəcəyik"AMG-yə V8 mühərrikinə görə gələn müştərilər bunu sadəcə mühərrik həcminə görə etmirdilər, onlar avtomobillərimizdə tətbiq etdiyimiz texnologiya heyran idilər", - Schiebe "Autocar" jurnalına verdiyi müsahibədə söyləyib.
O, həmçinin elektrikləşmənin AMG-nin sadiq müştəri bazasını markadan uzaqlaşdırmayacağına əmindir və əlavə edir ki, "Müştərilərimizin mövcud olan ən son və qabaqcıl texnologiyanı qəbul edəcəyinə əminəm."
Qeyd edək ki, AMG "Mercedes-Benz"in sedan və SUV-lərə quraşdırdığı yüksək performansa yönəlmiş güclü mühərrikləri ilə tanınır. AMG GT və AMG G 63 bu yaxınlarda təqdim olunan nümunələrdəndir. AMG mühərrikləri markanın əsas satış nöqtələrindən biridir. Satış statistikalarına əsasən göstərir ki, AMG mühərriklərinin fərqləndirici xüsusiyyəti markanın digər modellərdən əsas üstünlüyüdür. Rəqəmlər də müştərilərin AMG-ə olan bağlılığının məhz mühərriklərdə olduğuna işarə edir. 2023-cü ilin ortalarına aid məqalədə Almaniyada 4-silindrli Mercedes-AMG C63-ə olan tələbatın daha ucuz və daha güclü BMW M3 Competition xDrive ilə müqayisədə demək olar ki, sıfır səviyyəsində olduğu göstərilib.
"Bugatti"nin sahibi olan Mate Rimac isə elektromobillərə keçidin uğursuz olacağını düşünür. "Ultra-milyonçular elektrik idman avtomobillərini istəmirlər; onlar klassik mexanikanı üstün tuturlar."
Qeyd edək ki, ötən gün "Blomberg"də dərc olunan məlumata görə Çin avtomobillərinə artan maraq "Mercedes Benz"in satışlarını ciddi şəkildə azaldıb.
İslam Son.az
Bir çoxları çaya bal əlavə etməyi sevir. Bunu daha çox zərərli şəkər
Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqa
Baş rollarda Haluk Bilginer və Ancelina Colinin çəkildiyi Maria filmindən y
Ermənistanda hökumət binasının qarşısında dayanaraq özünü desantçı
Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez heç bir öhdəlik götürmədən
İnsanda hipertoniya xəstəliyi riski müəyyən yaşdan sonra artır.
İsrail özünümüdafiə məqsədi ilə və Tehranın 1 oktyabr hücumuna cavab
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament seçkilərində
Tanınmış aparıcı Vüsalə Əlizadə paylaşımına görə tənqid hədəfi
"MoneySupermarket Science of Scare" şirkəti ən dəhşətli qorxu fi
İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynə
İran İsrailin zərbələrinə proporsional cavab verməyə hazırdır.
"Uşaqların doğum ayı onların zəka inkişafına təsir edir".
Pop ulduz Edis Bakı Konqres Mərkəzində baş tutan konsertindən öncə yerli