Xarici səyyahlar Şuşada! FOTO
Digərləri 26 Okt 2024 11:43:00 108 0
"Belçika vətəndaşı Yves Bouvie başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.
Bu xəbəri də oxu: Azərbaycanda 4 nəfər dəm qazından zəhərləndi
Trend-in bölgə müxbiri xəbər verir ki, onlar sözügedən ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılacaq, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edəcəklər.
Eyni zamanda səyyahlar şəhərdə bir sıra tarixi məkanlara baş çəkəcəklər.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu qrup sadə turist qrupu deyil, dünya səviyyəli səyyahlardır, bu statusu almaq üçün 100-dən çox ölkəni səyahət edirlər.
Bir zamanların məşhur seriallarından olan "Zerda"nın baş rol ifa
Əməkdar artist Elnarə Abdullayeva özünə bahalı hədiyyə edib.
Xalq artisti Röya Ayxan və ifaçı Rüfət Axundov uzun zamandır gözlənil�
Bu gündən Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik
Əfsanəyə çevrilən marka "Gelandewagen"in elektrikli modelinin ist
Bir çoxları çaya bal əlavə etməyi sevir. Bunu daha çox zərərli şəkər
Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqa
Baş rollarda Haluk Bilginer və Ancelina Colinin çəkildiyi Maria filmindən y
Ermənistanda hökumət binasının qarşısında dayanaraq özünü desantçı
Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez heç bir öhdəlik götürmədən
İnsanda hipertoniya xəstəliyi riski müəyyən yaşdan sonra artır.