Azərbaycanİran hökumətlərarası komissiyasının növbəti iclası tezliklə Tehranda keçiriləcək
Digərləri 16 Okt 2024 16:35:00 113 0
İran və Azərbaycan arasında hökumətlərası iqtisadi komissiyanın 16-cı iclasının ən qısa zamanda Tehranda təşkil olunacaq.
Bu xəbəri də oxu: Məşhur avtomobil şirkəti elektromobilini geri çağırır: qəfildən
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bu gün (15 oktyabr) Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
O qeyd edib ki, İran Azərbaycanla illik tranziti 15 milyon tona çatdırmaq üçün yol xəritəsinin hazırlanmasını istəyir.
Nazirin sözlərinə görə, iki ölkə arasında nəqliyyat və lojisti sahələrində, eləcə də infrastruktur layihələrdə əməkdaşlıq davam edir.
"İki ölkə arasında avtomobil yolları üzrə mövcud sərhəd potensialları nəzərə alaraq İran gündəlik Astara sərhədindən 1 min yük maşınının, Biləsuvar sərhədindən 800, Culfa sərhədindən 700 və Poldəşt sərhədindən 600 yük maşınının keçməsini təklif edir", - deyə o qeyd edib.
Sadiq əlavə edib ki, iki ölkənin nəqliyyat sahəsində infrastrukturlarının inkişaf etməsi ilə yanaşı nəqliyyat prosesin sürətlənməsi məqsədilə əməkdaşlıq üzrə əhatəli sazişin imzalanması zəruri görünür.
Bununla əlaqədar gələn 1 ay ərzində hazırlıq iclasları təşkil oluna və saziş hazırlana bilər. Eyni zamanda liman və dənizçilik əməkdaşlığının inkişafı üzrə gələn bir ay ərzində əməkdaşlıq sazişinin ilkin mətninin yekunlaşdırılması məqsədilə müştərək ekspert iclası təşkil oluna bilər.
İranlı nazir qeyd edib ki, İran iki ölkə arasında hökumətlərarası iqtisadi komissiyanın 16-cı iclasının ən qısa zamanda Tehranda təşkil olunması və əməkdaşlığın bütün sahələrinin diqqət mərkəzində saxlanılmasına hazırdır.
Sadiq deyib ki, İran Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi istiqamətində addım atır. Bu dəmiryolu sözügedən dəhliz çərçivəsində tranzit üçün dönüş nöqtəsi hesab olunur. Bu dəmiryolu ilə əlaqədar infrastrukturların inkişaf etdirilməsində Azərbaycanın iştirakı böyük əhəmiyyət kəsb edir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�
Biz hazırda Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da vuruşur
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibl
Müğənni Nazənin Salayeva sərt açıqlamalar verib.
"Anesteziya tətbiqindən öncə bir sıra mühüm tədbirlər görülür.
Növbəti ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərc
Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ay�
Aktyor, aparıcı Elcan Rəsulov subay oğlanlara səslənib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli böl
Britaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetir
"Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika
Azərbaycanda işçilərin ezamiyyə qaydaları dəyişdirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkə