Zelenski parlamentdə Qələbə Planını təqdim etdi
Dünya 16 Okt 2024 14:33:00 94 0
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib.
Bu xəbəri də oxu: İsrail yenə Beyrutu hədəf aldı
Son.az APA-ya istinadən bildirir ki, planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur.
İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.
Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub.
Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.
Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.
Zelenski çıxışında bu təklifi Avropanın təhlükəsizliyinə zəmanət adlandırıb.
"Plan dəstəklənsə, biz gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik", - Zelenski vurğulayıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müasir dövrdə ağıllı elektron cihazların, xüsusilə də IoT (əşyaları
"Olur yazırlar ki, sizi əvvəl sevmirdik. Amma indi sevirik. Mənim buna
Norveçli ailə Azərbaycana köçüb.
Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-si gündüzdən 19-u gündüzəd
Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil
"Dünyada bir ölümə çarə yoxdur. İstədiyin hər şeyi əldə edə bi
Tədris ilinin bir aydır başlamasına baxmayaraq bəzi məktəblərdə dərs c
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmu
Yaxın gələcəkdə İranın parçalanacağı və onun yerində 4 dövlətin qu
Xalq artisti Aygün Kazımova toy məclislərinin birində iştirak edib.
Əvvəllər texnologiyanın insanları əvəzləyəcəyi fantaziya məhsulu hesa
Hətta on minlərlə Şimali Koreya əsgəri iştirak etsə belə, Rusiya işğa