Bu sahədə çalışanlar işsiz qala bilər


Digərləri 16 Okt 2024 13:40:00 130 0

Bu sahədə çalışanlar işsiz qala bilər

Əvvəllər texnologiyanın insanları əvəzləyəcəyi fantaziya məhsulu hesab edilirdisə, bugünkü gündə bu çox real görünür. Texnologiyanın sürətli inkişafı bəzi peşələri sıradan çıxarır. İllər keçdikcə bəzi peşələrə ehtiyac qalmır. Təkcə robotlardan istifadə yox, məhz süni intellektin kəşfi də çox şəxsi işsiz qoya bilər. Belə ki, əvvəllər sadəcə texnologiyaların insanları sadəcə fiziki işdə əvəzləyəcəyi ehtimal olunurdusa, bugün süni intellekt zehni əməklə məşğul olanların da işini əllərindən ala bilər.

Sosial şəbəkələrdə süni intellektlə bağlı yayılan videolar deməyə əsas verir ki, artıq ChatGPT müəllimlərin də işini əllərindən alacaq.

Videodan da göründüyü kimi süni intellekt insana xarici dil öyrədir. İstifadəçisi ilə normal insan kimi söhbət edən süni intellekt onun səhvlərini düzəldir, tapşırıqlar verir, düzgün istiqamətdə yönləndirir.

Süni intellekt nədir?

ChatGPT "OpenAI"  tərəfindən inkişaf etdirilmiş dil modelidir. Bu model insanlarla vasitəsilə ünsiyyət qura bilmək üçün nəzərdə tutulub. O, müxtəlif mövzularda suallara cavab verə, müzakirələr apara və fərqli tapşırıqları yerinə yetirə bilir. ChatGPT insanlara məlumat vermək, ideyalar paylaşmaq və ya sadəcə söhbət etmək üçün istifadə edilə bilər.

İlk versiyası 2020-ci ilin iyun ayında təqdim edilən GPT-3 istifadəçilərə müxtəlif mövzularda məlumat vermək, insanlarla interaktiv söhbətlər aparmaq, hekayələr, şeirlər və ya digər yaradıcı məzmunlar yazmaq, müxtəlif sahələrdə suallara cavab vermək və tapşırıqları yerinə yetirmək, müxtəlif mövzular üzrə dərsliklər və resurslar təqdim etmək məqsədi ilə qurulub. 2023-cü ilin martında ChatGPT-nin daha inkişaf etmiş versiyası olan GPT-4 təqdim olundu. Bu versiya daha yüksək dəqiqlik və çeviklik təmin edir.

Süni intellektin insanlığa vurduğu zərbə

Hər yenilik insanlıq üçün fayda gətirmir. Hazırda ChatGPT faydalı görünsə də, illər sonra onun insanlığa vurduğu zərər gözəçarpacaq dərəcədə olacaq. İlk növbədə ChatGPT bir sıra peşələri, məsələn, qrafik dizaynerlik, jurnalistika, müəllimlik, mühasibatlığı tam şəkildə əvəzləyə biləcək. Bu da xeyli ali təhsilli insanın işsiz qalması deməkdir. İkincisi, şəxsi məlumatların ələ keçirilməsi riski var. Belə ki, AI sistemləri, məlumatların təhlili və emalı üçün istifadə edildiyindən, onların təhlükəsizliyinin pozulması riski böyükdür. Aİ-nin insanlığa vurduğu ən böyük zərər isə bilik və bacarıqların itirilməsi olacaq. Belə ki, insanlar, AI sistemlərinə çox güvəndikdə, öz bilik və bacarıqlarını itirə bilər, bu da insanın müstəqil düşünmə qabiliyyətini zəiflədə bilər. Bundan əlavə, AI-nin öyrəndiyi məlumatlar ədalətsiz, ayrı-seçkilik yaradan və ya yanlış məlumatlar ola bilər. AI, sosial media platformalarında yanlış məlumatların yayılması üçün istifadə oluna bilər, bu da ictimai rəyin manipulyasiyası ilə nəticələnə bilər. İnsanların əvəzinə AI-nin qərar verməsi, məsuliyyətin aydın olmamasına və bu qərarların nəticələrinin qeyri-müəyyənliyinə yol aça bilər.

Bəxtiyar Umarlı Son.az

Hər gün bu qədər rus əsgəri like
  • 16 Okt 13:35  
Dünya Hər gün bu qədər rus əsgəri

Hətta on minlərlə Şimali Koreya əsgəri iştirak etsə belə, Rusiya işğa

arrow Ətraflı
"Google" ilkə imza atdı like
  • 16 Okt 13:29  
Digərləri "Google" ilkə imza atdı

ABŞ-nin texnologiya nəhəngi "Google" 2030-cu ilə qədər ölkədə

arrow Ətraflı
Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib like
  • 16 Okt 13:27  
Digərləri Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Döv

arrow Ətraflı
Coşqun Rəhimovun qızı ilə FOTOsu yayıldı like
  • 16 Okt 13:24  
Şou-biznes Coşqun Rəhimovun qızı ilə FOTOsu yayıldı

Bu şəhərdə"nin məşhur aktyoru Çoşqun Rəhimovun qızı ilə yeni fo

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 16 Okt 13:23  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Oktyabrın 16-sı  ulduzlar Oxatan üçün xüsusi şəkildə düzülür. 

arrow Ətraflı
Türkiyədə baş verən güclü zəlzələdə 3 bina ÇÖKDÜ  RƏSMİ AÇIQLAMA like
  • 16 Okt 13:21  
Digərləri Türkiyədə baş verən güclü zəlzələdə 3 bina ÇÖKDÜ RƏSMİ AÇIQLAMA

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən ç�

arrow Ətraflı
Azərbaycanda İNANILMAZ OLAY: 12ci mərtəbədən düşən uşaq SAĞ QALDI like
  • 16 Okt 12:29  
Digərləri Azərbaycanda İNANILMAZ OLAY: 12ci mərtəbədən düşən uşaq SAĞ QALDI

Abşeronda yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün

arrow Ətraflı
"Livanda atəşkəs bu halda mümkündür" like
  • 16 Okt 09:57  
Dünya "Livanda atəşkəs bu halda mümkündür"

İsrailin Baş naziri Benyamin Netanyahu və Fransa Prezidenti Emmanuel Makron a

arrow Ətraflı
"Mənim sahibim var, mən yiyəsiz deyiləm" like
  • 16 Okt 09:50  
Şou-biznes "Mənim sahibim var, mən yiyəsiz deyiləm"

Əməkdar artist Elza Seyidcahanla müğənni Elçin Cəfərov arasındakı qalm

arrow Ətraflı
Sinqapurda “Qarabağ” oxudular  VİDEO like
  • 16 Okt 06:20  
Şou-biznes Sinqapurda “Qarabağ” oxudular VİDEO

Xalq artisti Mənsum İbrahimov yayımladığı video ilə diqqət çəkib. 

arrow Ətraflı
"Alirza bey" serialdan gedir  FOTO like
  • 16 Okt 05:05  
Şou-biznes "Alirza bey" serialdan gedir FOTO

"Güzel aşklar diyarında" serialında dəyişiklik edilib.

arrow Ətraflı
2 milyonluq saat oğurlayan yakudzalar saxlanıldı like
  • 16 Okt 03:03  
Dünya 2 milyonluq saat oğurlayan yakudzalar saxlanıldı

Yaponiya polisi 280 milyon yen (təxminən 1,87 milyon dollar) dəyərində &quo

arrow Ətraflı
Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım like
  • 16 Okt 02:02  
Şou-biznes Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım

Əməkdar artist Lalə Məmmədova sosial media hesabındakı paylaşımı ilə

arrow Ətraflı
Çində yeni virus aşkarlandı like
  • 16 Okt 01:01  
Dünya Çində yeni virus aşkarlandı

Çin alimləri gənə ilə ötürülən virus aşkar ediblər.

arrow Ətraflı
İkinci əl geyimlərə tələb artdı  VİDEO like
  • 16 Okt 00:49  
Digərləri İkinci əl geyimlərə tələb artdı VİDEO

Son zamanlar ikinci əl geyimlərə tələb artıb.

arrow Ətraflı