Kapital Bankın 150 illiyinə həsr olunan lotereyada 150 000 AZN mükafatın sahibi bəlli oldu
Digərləri 16 Okt 2024 15:45:00 97 0
Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün keçirilən lotereyanın 3-cü tirajı 15 oktyabr 2024-cü il tarixində yekunlaşıb. 10 iyul-30 sentyabr 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3334 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb. Loterayanın əsas mükafatı 150 000 AZN də final tirajda öz sahibini tapıb.
Bu xəbəri də oxu: COPun dəqiq bitəcəyi vaxt açıqlandı
Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj3
Qeyd edək ki, final tirajında 1-ci və 2-ci tirajda qalib olmayan biletlər də iştirak edib. 10 iyul-30 sentyabr 2024-cü il tarixlərini əhatə edən lotereyada ümumilikdə 10 000 nəfər Birbank taksit kart sahibi qalib adını qazanıb. Onlardan 6900 nəfər 5 AZN, 3000 nəfər 10 AZN dəyərində keşbek, 60 nəfər 100 AZN, 30 nəfər 500 AZN, 6 nəfər 1000 AZN, 3 nəfər isə 10 000 AZN, 1 nəfər isə 150 000 AZN pul mükafatı qazanıb.
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırırdı. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı isə kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edirdi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
Müğənni Nazənin Salayeva sərt açıqlamalar verib.
"Anesteziya tətbiqindən öncə bir sıra mühüm tədbirlər görülür.
Növbəti ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərc
Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ay�
Aktyor, aparıcı Elcan Rəsulov subay oğlanlara səslənib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli böl
Britaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetir
"Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika
Azərbaycanda işçilərin ezamiyyə qaydaları dəyişdirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkə
Müasir dövrdə ağıllı elektron cihazların, xüsusilə də IoT (əşyaları
"Olur yazırlar ki, sizi əvvəl sevmirdik. Amma indi sevirik. Mənim buna
Norveçli ailə Azərbaycana köçüb.