"Gürcü Arzusu”nun rəqiblərinin qələbə üçün yalnız bir şansları var, bu da “rəngli inqilab”dır


Digərləri 16 Okt 2024 18:13:00 71 0

"Gürcü Arzusu”nun rəqiblərinin qələbə üçün yalnız bir şansları var, bu da “rəngli inqilab”dır

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində "Gürcü Arzusu"nun rəqiblərinin qələbə üçün yalnız bir şansı var və bu da "rəngli inqilab"ın təşkilidir.

Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

"Gürcüstanda parlament seçkiləri taleyüklü olacaq. Çünki Cənubi Qafqazın bu ölkəsinin gələcəyi faktiki olaraq bu seçkilərdə həll olunacaq. İlk növbədə qeyd etmək lazımdır ki, bir sıra Qərb dövlətləri tərəfindən fəal şəkildə maliyyələşdirilən və dəstəklənən müxalifətin parlamentə daxil olmaq, xüsusən də konstitusiya çoxluğunu formalaşdırmaq üçün heç bir şansı yoxdur. Hələ də hakim partiya olan "Gürcü Arzusu"nun təkcə parlamentə daxil olmaq üçün deyil, onu nəzarətə götürmək üçün də ən yüksək şansları var. Bu baxımdan, "Gürcü arzusu"nun rəqiblərinin istifadə edə biləcəyi yalnız bir şans var: Tbilisidə və Gürcüstanın bir sıra digər şəhərlərində "rəngli inqilab" adlanan hadisələri təşkil etmək, yəni küçə iğtişaşları, hökumət binalarının zəbt edilməsi və qanuni hakimiyyətin devrilməsi cəhdidir", - İqor Korotçenko bildirib.

O əlavə edib ki, hazırda belə bir ssenari ilk növbədə ABŞ və onun digər müttəfiqləri tərəfindən hazırlanır ki, "Gürcü arzusu"nun seçkilərdə qələbə qazanmasına imkan verməsinlər. Əgər o seçkiləri udarsa, bu artıq aydındır, hakimiyyətin legitim ötürülməsinin qarşısını almaq üçün bütün mümkün cəhdlər ediləcəkdir.

"Son aylarda xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbul edilməsi Gürcüstanda geniş mübahisələrə səbəb olub. Lakin əsas odur ki, bu qanunlar qərb ianələri hesabına fəaliyyət göstərən Gürcüstan müxalifətini kimlərin və hansı şərtlərlə maliyyələşdirdiyini müəyyən etməyin tamamilə legitim bir yoludur. Bu baxımdan, Gürcüstanda baş verənləri narahatlıqla izləyirik, çünki şübhəsiz ki, Gürcüstanda baş verəcək hər hansı bir qeyri-sabitlik Cənubi Qafqazda bütövlükdə geniş miqyaslı qeyri-sabitliyə səbəb olacaq. Gürcüstan və Ermənistan bölgədə əsas qeyri-sabitlik mənbələrinə çevrilə bilər. Bu səbəbdən bütün Cənubi Qafqaz ölkələri üçün 26 oktyabrda keçiriləcək parlament seçkilərinin şəffaf, legitim olması və ən əsası, Qərbyönlü qüvvələrin hakimiyyəti devirmək üçün küçə iğtişaşlarından istifadə etməməsi çox vacibdir", - İqor Korotçenko qeyd edib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

XƏBƏRDARLIQ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq like
  • 16 Okt 18:08  
Digərləri XƏBƏRDARLIQ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil�

arrow Ətraflı
Bakıda daha bir küçədə qanunsuz tikili söküldü like
  • 16 Okt 18:04  
Digərləri Bakıda daha bir küçədə qanunsuz tikili söküldü

Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şə

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək like
  • 16 Okt 17:58  
Digərləri Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın

arrow Ətraflı
"Ermənistanda ekologiyaya zərər vuran şirkətlərin beynəlxalq tərəfdaşları var" like
  • 16 Okt 17:55  
Digərləri "Ermənistanda ekologiyaya zərər vuran şirkətlərin beynəlxalq tərəfdaşları var"

Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin m�

arrow Ətraflı
Bakıda 2 yaşlı uşaq qəfil öldü like
  • 16 Okt 17:47  
Digərləri Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda azyaşlı qız qəfil vəfat edib.

arrow Ətraflı
Dünya üçün "elektrik enerjisi dövrü" proqnozlaşdırılıb like
  • 16 Okt 17:37  
Dünya Dünya üçün "elektrik enerjisi dövrü" proqnozlaşdırılıb

Dünya yeni elektrik enerjisi dövrünün astanasındadır.

arrow Ətraflı
Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi like
  • 16 Okt 17:33  
Digərləri Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə

arrow Ətraflı
"Gəlinim əriylə necə istəyirsə elə yaşayır" like
  • 16 Okt 17:24  
Şou-biznes "Gəlinim əriylə necə istəyirsə elə yaşayır"

Əməkdar artist Gövhər Rzayeva gəlinindən danışıb. 

arrow Ətraflı
Çox güclü maqnit qasırğası BAŞLADI  Nə qədər davam edəcək? like
  • 16 Okt 17:14  
Dünya Çox güclü maqnit qasırğası BAŞLADI Nə qədər davam edəcək?

Bu maqnit qasırğası uzunmüddətli və kifayət qədər güclü olacaq və bu

arrow Ətraflı
Bu gün cərimələnən tiktoker görün kim imiş  Oğlu anasından like
  • 16 Okt 17:12  
Digərləri Bu gün cərimələnən tiktoker görün kim imiş Oğlu anasından

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə paylaşımları ilə müzakir

arrow Ətraflı
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək like
  • 16 Okt 17:10  
Dünya Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək

Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər

arrow Ətraflı
Zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı like
  • 16 Okt 17:04  
Dünya Zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəl

arrow Ətraflı
“iPhone 17” haqqında ilk şayiələr like
  • 16 Okt 16:56  
Digərləri “iPhone 17” haqqında ilk şayiələr

"iPhone 16"nın bu yaxınlarda təqdim olunmasına baxmayaraq, "i

arrow Ətraflı
Nadirin illər əvvəl himayəsinə götürdüyü qadın indi haradadır? like
  • 16 Okt 16:50  
Şou-biznes Nadirin illər əvvəl himayəsinə götürdüyü qadın indi haradadır?

Müğənni Nadir Qafarzadə illər əvvəl himayəsinə götürdüyü yaşlı qa

arrow Ətraflı
Daha bir tiktoker həbs edildi like
  • 16 Okt 16:47  
Digərləri Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�

arrow Ətraflı