İsveçrə parlamentini qərəzli və zərərli addımları dayandırmağa çağırırıq


Digərləri 16 Okt 2024 20:24:00 70 0

İsveçrə parlamentini qərəzli və zərərli addımları dayandırmağa çağırırıq

Biz, İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, ölkəmizə qarşı qərəz və böhtana əsaslanmaqla, İsveçrə hökumətinə "Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək" çağırışı edən təklifi qınayırıq.

Son.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir.

Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlamış və ötən il onlarla dialoq aparmışdır. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etmişlər.

"Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla "dialoq"a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir.

Vurğulamaq istərdik ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir.

İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir.

Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik", - bəyanatda deyilir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Aktrisa taksi sürücüsü roluna çəkilir like
  • 16 Okt 20:15  
Şou-biznes Aktrisa taksi sürücüsü roluna çəkilir

Aktrisa Melisa Sözenin yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Yer üzündəki mələklər  Ən məsum 3 BÜRC like
  • 16 Okt 19:54  
Digərləri Yer üzündəki mələklər Ən məsum 3 BÜRC

Körpələr qədər məsum olan 3 bürc açıqlanıb. Onlarda pislik yoxdur, qə

arrow Ətraflı
Tanınmış gitaraçı küçədə güllələndi like
  • 16 Okt 19:47  
Şou-biznes Tanınmış gitaraçı küçədə güllələndi

Keçmiş gitaraçı Ceyk E Li Las Veqasda itini gəzdirərkən ona bir neçə a

arrow Ətraflı
Kirayəni öldürdüyü qadının protez dişlərini sataraq ödəyibmiş... like
  • 16 Okt 19:35  
Digərləri Kirayəni öldürdüyü qadının protez dişlərini sataraq ödəyibmiş...

Tovuzda kirayə qaldığı evin sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağ�

arrow Ətraflı
Dünyanın ən bahalı maddəsi: like
  • 16 Okt 19:28  
Dünya Dünyanın ən bahalı maddəsi:

İngiltərənin Oksford Universitetinin alimləri dünyanın ən bahalı maddəs

arrow Ətraflı
Qadınların 40 yaşdan sonra etdiyi 6 böyük səhv like
  • 16 Okt 19:20  
Digərləri Qadınların 40 yaşdan sonra etdiyi 6 böyük səhv

Əgər 20-30 yaşlarında sağlamlığınıza fikir vermisinizsə, 40-dan sonra

arrow Ətraflı
Britaniya İsrail nazirlərini qara siyahıya sala bilər like
  • 16 Okt 19:13  
Dünya Britaniya İsrail nazirlərini qara siyahıya sala bilər

Böyük Britaniya fələstinlilərə qarşı sərt bəyanatlar səsləndirən İ

arrow Ətraflı
Bakıda məktəbdə elektrikin verilməsində yaranmış fasilə aradan qaldırıldı like
  • 16 Okt 18:54  
Digərləri Bakıda məktəbdə elektrikin verilməsində yaranmış fasilə aradan qaldırıldı

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilm�

arrow Ətraflı
Hüseyn Həsənovun 10 milyonunu aldılar like
  • 16 Okt 18:43  
Şou-biznes Hüseyn Həsənovun 10 milyonunu aldılar

Rusiyanın Kalmıkiya bölgəsindən olan sahibkar Yuliya Milçenko Moskva Arbit

arrow Ətraflı
Əzgil bu xəstəliklərə dərmandır like
  • 16 Okt 18:36  
Digərləri Əzgil bu xəstəliklərə dərmandır

Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvəd

arrow Ətraflı
“Hamilə olduğumu bilmirdim” like
  • 16 Okt 18:29  
Dünya “Hamilə olduğumu bilmirdim”

Bir neçə gündür Türkiyə və Rusiyada Antalya hava limanında dünyaya gət

arrow Ətraflı
Kürdə suyun səviyyəsi artdı like
  • 16 Okt 18:20  
Digərləri Kürdə suyun səviyyəsi artdı

Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda

arrow Ətraflı
XƏBƏRDARLIQ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq like
  • 16 Okt 18:08  
Digərləri XƏBƏRDARLIQ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil�

arrow Ətraflı