Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsindən 4 il ötür


Digərləri 17 Okt 2024 00:11:00 54 0

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsindən 4 il ötür

Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunmasının 4 ili tamam olur.

Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlanan 17 oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib.

Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək, ərazini tərk etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir. Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir.

Üstəlik, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi onları asan düşmən hədəfi olmaqdan qoruyur. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir neçə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır.

Nəhayət, 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Şanlı Azərbaycan Ordusunun aramsız həmlələri nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində Füzuli şəhəri də daxil olmaqla 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyümüz bərpa edilib. Xüsusilə Şuşanın 8 Noyabr tarixində azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi olub. Şuşa əməliyyatı Azərbaycan ordusunun hərbi hazırlığının, strateji və taktiki düşüncəsinin ən parlaq nümunələrindən biri kimi tarixə düşüb.

Qələbəmizdən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Səfər çərçivəsində dövlət başçısı Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.

Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ermənilərin Gəncəyə beşinci raket hücumundan 4 il ötür like
  • 17 Okt 00:10  
Digərləri Ermənilərin Gəncəyə beşinci raket hücumundan 4 il ötür

Bu gün Ermənistanın Gəncəyə beşinci qanlı raket hücumundan 4 il ötür.

arrow Ətraflı
"35 övladım var"  30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni like
  • 17 Okt 00:04  
Şou-biznes "35 övladım var" 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni

Bir zamanlar məşhur olan "7-17" mahnı müsabiqəsinin yetirmələri

arrow Ətraflı
Günün qoroskopu: Yaşanan proseslərin məzmunu ilə yanaşı, səbəblərini anlamağa can atın like
  • 17 Okt 00:01  
Digərləri Günün qoroskopu: Yaşanan proseslərin məzmunu ilə yanaşı, səbəblərini anlamağa can atın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Hüseyn yataqda FOTOsunu paylaşdı like
  • 16 Okt 23:50  
Şou-biznes Hüseyn yataqda FOTOsunu paylaşdı

Bloger Hüseyn Həsənov uzun müddət sonra qayıtdığı Moskvadan paylaşım

arrow Ətraflı
Sürücülərə ŞAD XƏBƏR  bu yolda tıxac dərdi olmayacaq like
  • 16 Okt 23:38  
Digərləri Sürücülərə ŞAD XƏBƏR bu yolda tıxac dərdi olmayacaq

Böyükşor-Pirşağı avtomobil yolunda tikinti işlərinin 75 %-i görülüb.

arrow Ətraflı
Kamran Ağabalayev tanınmaz halda  FOTO like
  • 16 Okt 23:33  
Şou-biznes Kamran Ağabalayev tanınmaz halda FOTO

Aktyor Kamran Ağabalayev yeni filminin kamera arxasından paylaşım edib.

arrow Ətraflı
34 yaşlı nənə 18 yaşlı oğlanla sevgili oldu like
  • 16 Okt 23:00  
Digərləri 34 yaşlı nənə 18 yaşlı oğlanla sevgili oldu

Böyük Britaniyadan olan 35 yaşlı Reyçel Makintayr qızının həmyaşıdı

arrow Ətraflı
Xalq artistinə xərçəng diaqnozu qoyuldu  FOTO like
  • 16 Okt 22:57  
Şou-biznes Xalq artistinə xərçəng diaqnozu qoyuldu FOTO

Rusiyada xalq artisti Vasili Livanova xərçəng diaqnozu qoyulub.

arrow Ətraflı
Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi like
  • 16 Okt 22:49  
Digərləri Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun

arrow Ətraflı
Bahar serialında təəccüblü çəkiliş xətası gündəm oldu like
  • 16 Okt 22:44  
Şou-biznes Bahar serialında təəccüblü çəkiliş xətası gündəm oldu

Türkiyənin sevilən "Bahar" serialında çəkiliş xətası tamaşa�

arrow Ətraflı
Xamenei sosial media istifadəçilərinə qarşı fitva verdi like
  • 16 Okt 22:32  
Dünya Xamenei sosial media istifadəçilərinə qarşı fitva verdi

İran rəhbəri Əli Xamenei kiberməkanda hökumətə qarşı paylaşımları b

arrow Ətraflı
Bir zamanların tanınmış ifaçısı TANINMAZ HALDA: Efirdə öləcəyini açıqladı like
  • 16 Okt 22:15  
Şou-biznes Bir zamanların tanınmış ifaçısı TANINMAZ HALDA: Efirdə öləcəyini açıqladı

MTV telekanalında yayımlanan "Solo star" verlişinin iştirakçılar

arrow Ətraflı
Tərtərdə üç avtomobil toqquşdu  xəsarət alanlar var like
  • 16 Okt 22:10  
Digərləri Tərtərdə üç avtomobil toqquşdu xəsarət alanlar var

Tərtərdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Türkiyə ərazisinə iki mərmi atıldı  Cavab verilir like
  • 16 Okt 22:05  
Digərləri Türkiyə ərazisinə iki mərmi atıldı Cavab verilir

Türkiyənin Kilis rayonuna 2 minaatan mərmi atılıb.

arrow Ətraflı