Conson Lavrovdan yazdı: Yarıerməni, yalançı, "Ser Gey"…


Dünya 13 Okt 2024 06:53:00 86 0

Conson Lavrovdan yazdı: Yarıerməni, yalançı, "Ser Gey"…

Böyük Britaniyanın keçmiş baş naziri (2019-2022) "Azad olunmuş" adlı xatirələr kitabında 2017-ci ildə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün təfərrüatını yazıb.

Son.az kult.az-a istinadən xəbər verir ki, həmin vaxt Conson xarici işlər naziri vəzifəsini tuturdu və bu, Britaniyanın xarici işlər nazirinin son beş ildə Rusiyaya ilk səfəri idi.

Səfər uzun müddətə təxirə salınmışdı - Lavrov 2016-cı ilin dekabrında Consonu Moskvaya dəvət etmişdi, lakin 2017-ci ilin aprelində London səfəri Rusiyanın Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam etdiyi üçün ləğv etmişdi. Nəticədə Conson 2017-ci ilin dekabrında Rusiyaya gələ bildi. Consonun sözlərinə görə, Suriyadakı vəziyyət görüşün əsas mövzularından biri olmalı idi.

"Mənim səfərimin məqsədi odur ki, bir kənarda oturub, bir-birimizdən şikayət etmək olmaz. Biz əməkdaşlığı gücləndirə biləcəyimiz sahələri axtarmalı və tapmalıyıq", - deyə Conson Lavrovla birgə mətbuat konfransında bildirmişdi.

Oktyabrın 10-da dərc olunan xatirələrində Conson yazır ki, o, Moskvaya "yaxşı bir şey olacağına çox inamsız" şəkildə getmişdi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeganə Rusiya idi ki, Londonla ardıcıl dialoqu yox idi.

O, Lavrovu belə təsvir edir: "Ucaboy, bir-birinin ardınca siqaret çəkən, yarıerməni, tünd və özündən məmnun".

Conson qeyd edir ki, Lavrov çarlıq dövründən bəri Rusiyanın ən uzun müddət vəzifədə olan xarici işlər naziridir:

"Dövrümüzün Qromıkosu - sofistliyi, qaçaqlığı və yalanları ilə Rusiyanın xarici siyasətinin yorucu təcəssümü". "Mən Ser Gey deyiləm, - Sergey (Lavrov) biz əl sıxışanda dedi: - Ser Geylər sizin Xarici İşlər Nazirliyindədir. Rusiya naziri görüşə belə başladı. Banal ikitərəfli görüş sözün əsl mənasında qızmar şam yeməyi ilə davam etdi. Lavrov məni alovlu kaminin qarşısında oturmağa məcbur etdi, o qədər isti idi ki, məndən tər axdı, sanki o, Viktoriya məktəbində sinif yoldaşına əzab verən sinif nümayəndəsi idi...

Görüş heç bir nəticə vermədi. Biz Suriya və ya Ukrayna ilə bağlı heç bir razılaşmaya yaxın deyildik və mən Litvinenkonun adını çəkəndə o, xaç çəkdi və gülümsədi. Dedi ki, İsanı yəhudilər öldürdü, lakin bu o demək deyil ki, biz İsraillə münasibətdən əl çəkməliyik".

"Əsas fakt ondan ibarət idi ki, Rusiya iyirmi il əvvəlkindən çox fərqli bir yerdə idi; o, artıq sadəcə məğlub olmuş Soyuq müharibə gücü deyildi", - deyə Conson yekunlaşdırıb.

Son.az ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xərçəngdən qoruyan tərəvəzlər: kələm, turp, şalğam... like
  • 13 Okt 06:42  
Digərləri Xərçəngdən qoruyan tərəvəzlər: kələm, turp, şalğam...

Kələm, brokkoli, turp, şalğam, gül kələmi kimi tərəvəzlərin müntəz�

arrow Ətraflı
Selena Qomez bu dərdindən qurtula bilmir like
  • 13 Okt 06:33  
Şou-biznes Selena Qomez bu dərdindən qurtula bilmir

Dünya pop səhnəsinin ulduzu Selena Qomez sosial şəbəkələrdən yoxa çıx

arrow Ətraflı
Kartofu bu tərəvəzlə qaynadın – Çox dadlı olacaq like
  • 13 Okt 06:06  
Digərləri Kartofu bu tərəvəzlə qaynadın – Çox dadlı olacaq

Qaynadılmış kartof ən asan yemək növlərindən biri hesab olunur. Ancaq ə

arrow Ətraflı
Günə motivasiya ilə başlayın like
  • 13 Okt 05:05  
Digərləri Günə motivasiya ilə başlayın

Motivasiya uğurlu və xoşbəxt bir həyat üçün ən vacib şeylərdən birid

arrow Ətraflı
Avropada səyahət etmək üçün ən ucuz like
  • 13 Okt 04:04  
Dünya Avropada səyahət etmək üçün ən ucuz

Dünyada qiymətlərin artması və qeyri-sabit valyuta məzənnələri fonunda

arrow Ətraflı
Rihannadan açıqsaçıq FOTOSESSİYA like
  • 13 Okt 03:03  
Şou-biznes Rihannadan açıqsaçıq FOTOSESSİYA

Dünyaca məşhur müğənni Rihanna yeni fotolarını təqdim edib.

arrow Ətraflı
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi  FOTO like
  • 13 Okt 02:02  
Digərləri Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi FOTO

Rusiyalı iş adamı və milyarder Aleksandr Lebedevin həyat yoldaşı model Ye

arrow Ətraflı
Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – like
  • 13 Okt 01:01  
Digərləri Pəhrizdə şorbadan imtina etsəniz nə olar? –

Çoxları şorbaların yaxşı həzm və daxili orqanların işləməsi üçün

arrow Ətraflı
Yol qəzası zamanı ölümdən xilas olmaq üçün nə etmək lazımdır? like
  • 13 Okt 00:50  
Digərləri Yol qəzası zamanı ölümdən xilas olmaq üçün nə etmək lazımdır?

Son vaxtlar yollarda baş verən qəzaların çoxunda insanlar döş qəfəsi, a

arrow Ətraflı
ABŞdə ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər like
  • 13 Okt 00:40  
Dünya ABŞdə ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər

ABŞ-nin Kaliforniya ştatında iki erməni - bir kişi və qadın, xəstəxana

arrow Ətraflı
Subasmaya məruz qalan vətəndaşlar təxliyə edildi like
  • 13 Okt 00:33  
Digərləri Subasmaya məruz qalan vətəndaşlar təxliyə edildi

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazi

arrow Ətraflı
“Kamp Nou”da fəhlələr arasında əlbəyaxa dava like
  • 13 Okt 00:25  
Dünya “Kamp Nou”da fəhlələr arasında əlbəyaxa dava

İspaniyanın "Barselona" klubunun "Kamp Nou" stadionunun ti

arrow Ətraflı
Günün qoroskopu: İşlər yolunda getmir, like
  • 13 Okt 00:01  
Digərləri Günün qoroskopu: İşlər yolunda getmir,

Son.az 13 oktyabr üçün bürc proqnozunu təqdim edir:

arrow Ətraflı
ABŞda “Sinvar” içkisi İsraildə rezonans yaratdı like
  • 12 Okt 23:44  
Dünya ABŞda “Sinvar” içkisi İsraildə rezonans yaratdı

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fələstinlilərə məxsus

arrow Ətraflı
İsrail tələbdən sonra vurdu like
  • 12 Okt 23:35  
Dünya İsrail tələbdən sonra vurdu

BMT-nin Cənubi Livandakı müvəqqəti qüvvələri yenə də mövqelərində x

arrow Ətraflı